Türkiyə Suriya kürdlərinə qarşı hücumları davam etdirir

Kürd döyüşçülər keçən həftə Menag bazasını zəbt ediblər

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kürd döyüşçülər keçən həftə Menag bazasını zəbt ediblər

Türkiyə ikinci gündür Suriyanın şimalında kürd döyüşçüləri tərəfindən zəbt olunmuş mövqelərə qarşı hücumları davam etdirir.

Şənbə günü Türkiyə PKK ilə əlaqəsi olduğu iddia olunan silahlılara qarşı hücumlara başlayıb.

Suriyadakı YPG silahlıları Türkiyənin zəbt etdikləri ərazilərdən geri çəkilmək tələbini rədd ediblər və əraziləri tərk edəcəkləri təqdirdə islamçıların geri qayıdacağını bildirblər.

Türkiyənin hücumları regiondakı qüvvələrin mübarizəyə qoşulduğu çətin münaqişə üçün yeni təhlükə yarada bilər.

ABŞ-ın çağırışı

Türkiyə, şimali Suriyadakı kürd silahlılarını atəşə tutaraq onların zəbt etdiyi ərazilərdən geri çəkiləmələrini tələb edib, baş nazir Ahmet Davutoğlu bildirib.

ABŞ Türkiyəni atəşi dayandıraraq diqqətini İslam Dövləti (İD) qruplaşmasına qarşı mübarizəyə yönəltməyə çağırıb.

Türkiyə tankları Suriya ilə sərhəddə müşahidə edilib

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Türkiyə tankları Suriya ilə sərhəddə müşahidə edilib

Bu arada Türkiyənin xarici işlər naziri bildirib ki, Türkiyə Səudiyyə qüvvələrinin Suriyada “ərazi işğalını” müzakirə edir.

Cümə axşamı dünya qüvvələri Suriyada bir həftə ərzində hərbi əməliyyatların dayandırılmasına razılaşıblar.

Türkiyənin atəşə tutduğu hədəflər arasında Menag hava bazası da var. Baza cümə axşamı YPG kimi tanınan kürd silahlı qruplaşması tərəfindən Suriya islamçı üsyançılarından ələ keçirilib.

Türkiyə televiziyasında çıxış edən baş nazir Davutoğlu xəbərdarlıq edib ki, YPG Türkiyə sərhədinin yaxınlığında yerləşən Əzəz şəhərinin cənubundakı hava bazasını tərk etməsə Türkiyə “tədbirlər görəcək”.

Türkiyə YPG-nin PKK ilə əlaqəsi olduğunu düşünür.

Cənab Davutoğlu kürd silahlılarını etnik ərəblərə və türkmənlərə qarşı hücumlarda ittiham edib.

ABŞ Dövlət Departamanetinin sözçüsü John Kirby də YPG-ni “qarışıq vəziyyətdən istifadə etməklə yeni ərazi tutmamağa” çağırıb.

Cənab Kirby həm Türkiyənin, həm də YPG-in İD tərəfindən təhdid olunduğunu bildirib.