Erdoğan ABŞ-ın Suriya kürdlərinə dəstəyini pisləyib

Cənab Erdoğan 30 min suriyalını Türkiyə ilə sərhəddə saxladığına görə təzyiqlərlə üzləşib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Cənab Erdoğan 30 min suriyalını Türkiyə ilə sərhəddə saxladığına görə təzyiqlərlə üzləşib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Suriyanın əsas kürd qruplaşmasına dəstəyinə görə ABŞ-ı tənqid edib.

O, Washington-u Demokratik Birlik Partiyası (PYD) və onun silahlı qanadınının üzvlərini terrorçu kimi tanımamaqla “qan dənizi” yaratmaqda ittiham edib.

ABŞ-ın Suriyadakı İslam Dövləti adlanan qruplaşmaya qarşı mübarizədə etibar etdiyi PYD, PKK-nın bir qoludur.

Cənab Erdoğan 30 min suriyalını Türkiyə ilə sərhəddə saxladığına görə təzyiqlərlə üzləşib.

Qaçqınlar Hələb ətrafındakı Suriya hökumət qüvvələri və müttəfiq silahlıların hücumlarından qaçırlar.