Suriya-Türkiyə sərhədində on minlərlə qaçqının aqibəti
Türkiyə sərhədinin keçid məntəqəsi qarşısında ilişib qalmış minlərlə suriyalı qaçqının vəziyyəti getdikcə artan narahatlıq doğurmaqdadır.
Qaçqınların əksəriyyəti Hələbdəki evlərini qoyub qaçıb.
Rusiya hökümət qüvvələri tərəfindən dəstəklənən Suriya hökümət qoşunlarının Hələbə hücumu davam edir.
Türkiyə artıq öz ərazisində 2.5 miyon qaçqını yerləşdirib və indi sərhədin Suriya tərəfində on minlərlə qaçqını ərzaqla təmin edir, onlar üçün sığınacaq yerləri qurur.
Almaniya kansleri Angela Merkel bazar ertəsi Türkiyəyə baş çəkib.
O deyib ki, qaçqınların əzablı əziyyəti onu "dəhşətə gətirib".
Türkiyə - Suriya sərhədindən Quentin Somerville-in reportajı.