Erdoğan: Türkiyə öz sərhədlərinin müdafiəsində təmkinlilik göstərir

Erdoğan Rusiya təyyarəsi ilə bağlı insident baş verməməsi üçün Türkiyə tərəfinin hər şey etdiyini deyib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Erdoğan Rusiya təyyarəsi ilə bağlı insident baş verməməsi üçün Türkiyə tərəfinin hər şey etdiyini deyib

Türkiyənin öz sərhədlərini qorumaq haqlarına hər kəs hörmət etməlidir, prezident Recep Tayyip Erdoğan bəyan edib.

Erdoğan çərşənbə axşamı Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən Suriyada döyüş uçuşu zamanı Türkiyə hava məkanını pozduğu ehtimal edilən Rusiyanın Su-24 bobardmançı təyyarəsi vurulduqdan sonra təhlükəsizlik məsələləri üzrə təcili müşavirə keçirib.

Türkiyə prezidentinin sözlərinə görə, Rusiya təyyarəsi “5 dəqiqə ərzində 10 dəfə edilən xəbərdarlığa” məhəl qoymqyıb.

Erdoğan Türkiyə qırıcı təyyarəsinin qüvvələr və vasitələrin istifadəsi qaydalarına tam əməl etdiyini bildirib.

Türkiyə tərəfinin soyuqqanlılığı və dözümlülüyü sayəsində Suriyanın hazırkı durumunda daha ciddi insidentdən qacınmaq mümkün olub, dövlət başçısı qeyd edib.

Heç kəs şübhə etməməlidir ki, Rusiya təyyarəsi halında da Türkiyə tərəfi buna yol verməmək üçün hər şey etmişdir.

Türkiyə prezidenti ölkəsinin öz müttəfiqləri ilə birlikdə Suriyanın Carablus şəhəri ilə Aralıq dənizinin sahili arasında “humanitar təhlükəsizlik zonası” yaradacağını bildirib.

Suriyanın şimalında Carablus bölgəsində “təhlükəsizlik zonası” yaratmaq ideyası əvvəllər də dəfələrlə səsləndirilib.

Carablus şəhərin “İslam dövləti” ekstremist qruplaşması tərəfindən yaraqlılarını nəql etmək üçün toplama məntəqəsi kimi istifadə olunduğu güman edilir.

Türkiyə bəyan edib ki, öz quru qoşunlarını bu bölgəyə yeritməyəcək, lakin Suriya müxalif qüvvələrinə aviasiya və artilleriya ilə yardım edəcək.