Lavrov Türkiyəyə səfərini ləğv edib

Şəklin mənbəyi, epa
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 25-ə təyin edilən Türkiyə səfərini ləğv edib.
Rusiya XİN-i vətəndaşlara Türkiyəyə səyahətdən çəkinməyi tövsiyə edir.
"Türkiyədən gələn terrorçuluq təhlükəsi Misirdən gələndən az deyil”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Çərşənbə axşamı Türkiyə-Suriya sərhədi yaxınlığında Türkiyə hərbçiləri tərəfindən Rusiya təyyarəsi vurulub.
Ankara Su-24-dün Türkiyə ərazisinə daxil olduğunu deyir.
Rusiya təyyarənin Suriya hava məkanında olduğunu bildirir.
