Türkiyə PKK hədəflərinə hava zərbələri endirib

Şəklin mənbəyi, AFP
Türkiyə hərbi hava qüvvələri Ankarada sülh naminə mitinqə bombalı hücumdan sonra Kürdüstan Fəhlə Partiyasının (PKK) hədəflərinə zərbələr endirib.
Ankarada şənbə günü baş vermiş iki partlayış nəticəsində azı 95 nəfər həlak olub. Bu Türkiyənin müasir tarixində ən qanlı hücum hesab <link type="page"><caption> edilir</caption><url href="http://www.bbc.com/azeri/region/2015/10/151011_turkey_mourning_after_blast" platform="highweb"/></link>.
Təhlükəsizlik mənbələri bildirirlər ki, onlar hücumda özünü İslam Dövləti (İD) adlandıran qruplaşmadan şübhələnirlər.
Hava zərbələri şənbə günü hökumətin PKK tərəfindən elan edilən yeni atəşkəsi rədd etməsindən sonra baş verib.
Türkiyədə vəziyyət bu hücumdan əvvəl noyabrın 1-də baş tutacaq növbədənkənar seçkilərə görə artıq gərgin idi.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) iyun ayındakı seçkilərdə parlamentdəki çoxluqdan məhrum olub.
Şənbə mitinqində iştirak edən kürdyönlü Demokratik Xalq Partiyası (HDP) isə ilk dəfə olaraq parlamentdə təmsil olunmaq hüququnu qazana bilib.


Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, Reuters
Türkiyənin hərbi mənbələrinin verdiyi məumata görə, bazar günü baş vermiş hava hücumu zamanı şimali İraqın Metina və Zap ərazilərindəki PKK mövqeləri dağıdılıb.
Şənbə günü hava qüvvələri Türkiyənin Diyarbəkir vilayətindəki PKK mövqelərini hədəfə alıb. Zərbələr zamanı 49 nəfərin həlak olduğu bildirilsə də, məlumatı dəqiqləşdirmək mümkün olayıb.
Hökumət Ankaradakı dinc aksiyaya bombalı hücumlə əlaqəsi olduğu barədə müxalifətin iddialarını hiddətlə təkzib edib.
HDP lideri Selahattin Demirtaş hökuməti siyasi mitinqlərə bundan əvvəl də baş vermiş hücumların tam araşdırmamasında günahlandırıb.
HDP-yə görə, şənbə günü ölənlərin sayı əslində azı 128 nəfərdir.
Türkiyə hakimiyyəti hesab edir ki, partlayışlar iki intiharçı tərəfindən həyata keçirilib.
Bazar günü ölkədə üç günlük matəm elan olunub.
Minlərlə insan hücumda həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Ankarının mərkəzinə toplaşıblar.
BBC-nin müxbiri Selin Girit bildirir ki, insanlarda hakimiyyətə qarşı aşkar qəzəb var və onlar hakimiyyəti təhlükəsizliyin düzgün təmin edilməməsində təqsirli bilərlər.

Şəklin mənbəyi, Reuters
Diyarbəkir şəhərinin cənub-şərqində polis Ankarada baş vermiş partlayışa etiraz edən insanları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.




