Kadırov çeçen əsgərlərini Suriyaya "yollamağa hazırdır"

Çeçenistan liderinin fikrincə, “Suriyadakı terrorçular” əsgərlərin gəldiyindən xəbər tutduqda, oranı tərk edəcəklər.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Çeçenistan liderinin fikrincə, “Suriyadakı terrorçular” əsgərlərin gəldiyindən xəbər tutduqda, oranı tərk edəcəklər.

Çeçenistan lideri Ramzan Kadırov Suriyada İslam Dövləti (İD) qruplaşması ilə vuruşmaq üçün çeçeçn hərbi qüvvələrinin hazır olduğunu bildirib.

“Mən sadəcə bunu demirəm. Mən bir müsəlman, çeçen və Rusiya vətənpərvəri kimi bildirirəm ki, 1999-cu ildə respublika bu şeytanların əlinə keçəndə, biz Qurana and içdik ki, yerlərindən asılı olmayaraq, həyatımızın sonunacan onlara qarşı mübarizə aparacağıq.

“Mən xahiş edirəm ki, bizə ora gedərək bu əməliyyatda iştirak etməyə icazə versinlər,” Kadırov RSN-ə bildirib.

O əlavə edib ki, qərar ölkə prezidenti və ali baş komandan Vladimir Putin tərəfindən verilməlidir.

Çeçenistan liderinin fikrincə, “Suriyadakı terrorçular” əsgərlərin gəldiyindən xəbər tutduqda, oranı tərk edəcəklər.

“Biz onları tanıyırıq, biz onları burda məhv etdik, biz onlarla vuruşmuşuq. Onlar da bizi tanıyır,” Ramzan Kadırov bildirib.

“Terrorçular hələ bilmir ki, əsl müharibə nə deməkdir. İndiyə qədər sadəcə bombardmana qarşı müqavimət göstərməli olublar, lakin hərbi əməliyyatlarda onların təcrübəsi yoxdur,” o əlavə edib.

Rusiya prezidenti Vladimir Putin hələ sentyabrın 28-də, ABŞ prezidenti Barack Obama ilə danışıqlardan sonra bildirmişdi ki, Rusiya Suriyada yerüstü əməliyyat keçirməyi planlaşdırmır.