"İslam Dövləti" qrupu Qafqazda: sual-cavab

Şəklin mənbəyi,

İslam dövləti qruplaşması bəyan edib ki, Rusiyanın Şimali Qafqazında fəaliyyət göstərən silahlılar onlara sadiqlik andı içib.

Bu birinci dəfədir ki, qruplaşma həmin regiondan olan silahlıları öz sıralarında alqışlayıb.

Şimali Qafqazda İslam dövlətinin nüfuzunun genişlənməsi Əl-Qaidə qruplaşması ilə müttəfiq olan Qafqaz əmirliyi gruplaşmasının hesabına başa gəlib.

“Qafqaz əmirliyi” illərlə Rusiyaya qarşı silahlı mübarizə aparıb və indiki şəraitdə müstəqil qurum kimi fəaliyyət göstərməkdə çətinlik çəkə bilər.

Bəyanatda nə deyilir?

İyunun 21-də İslam dövləti sosial mediada naməlum silahlı tərəfindən oxunan audio mesaj yerləşdirib.

Bu mesajda silahlı Çeçenistan, Dağıstan, İnquşetiya, Kabarda-Balkariya və Karaçay-Çerkesiya silahlıları adından sadiqlik andı içir.

İslam dövləti sosial mediada həmçinin özünün Furat kimi tanınan rusdilli media qurumu tərəfindən hazırlanmış videonu da yerləşdirib.

Bu videoda Qafqaz əmirliyinin Noxçiyço (Çeçenistan) vilayətinin rəhbəri əmir Xamzat (başqa adı Aslan Byutukayev) İslam dövlətinə sadiqlik andı içir.

İyunun 23-də isə İslam dövləti tərəfindən yayılan bəyanatda bildirilir ki, Rustam Aselderov (başqa adları Abu-Muhammad al-Qadari, Abu Mukhammad Kadarskiy) Qafqaz vilayətinin yeni rəhbəridir.

Qafqaz əmirliyi nədir?

“Əmirlik” 2007-ci ildə Çeçen silahlılarının lideri Doku Umarov tərəfindən rəsmən elan olunub. Bu qurumun köklərini keçən əsrin 90-cı illərində yaranmış Çeçenistan separatçı hərəkatında axtarmaq lazımdır.

“Əmirlik” Rusiyanın əsasən müsəlman əhalisinin cəmləşdiyi Şimali Qafqaz regionu üzərində öz suverenliyini elan edib, lakin əslində heç vaxt bu əraziyə nəzarət etməyib.

“Əmirlik” Əl-Qaidə tərəfindən elan edilən qlobal jihadla həmrəylik göstərsə də, öz fəaliyyətini əsasən Rusiyanın Qafqazdakı hakimiyyətinə qarşı silahlı mübarizəyə yönləndirib.

İslam dövləti Qafqazda necə nüfuz qazanıb?

2014-cü ilin ortalarında “İslam dövlətinin” lideri Əbu Bəkr əl-Bağdadi özünü “xəlifə”, yaxud bütün dünya müsəlmanlarının rəhbəri elan edib.

<link type="page"><caption> Həmçinin oxuyun: Əbu Bəkr əl-Bağdadi: İslam Dövlətinin hərəkətverici qüvvəsi </caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/08/140804_abu_bakr_baghdadi" platform="highweb"/></link>

Son illər ərzində Qafqazdan olan yüzlərlə, bəlkə də minlərlə silahlı Suriya və İraqda vuruşub və onların bir çoxu al-Baghdadiyə sadiqlik andı içib.

Onların arasında İslam dövlətinin ən görkəmli səhra komandirlərindən Gürcüstanlı etnik Çeçen olan Ömər əl-Şişani (başqa adı Tarxan Batiraşvili) var.

<link type="page"><caption> Həmçinin oxuyun: Gürcü serjant necə cihadçı oldu?</caption><url href="http://www.bbc.com/azeri/region/2014/07/140709_shihsani_isis_georgia_roots" platform="highweb"/></link>

2014-cü ilin noyabr ayında o vaxt Qafqaz əmirliyinin Dağıstan vilayətinin başçısı olan Rustam Aselderov İslam dövlətinə sadiqlik andı içib və bununla da Qafqaz əmirliyindən üz döndərib.

Sonrakı aylarda başqa qruplar və fərdlər də eyni yolu tutub. Onlardan ən görkəmlisi “Əmirliyin” yaradıcısı Doku Umarovun yaxın silahdaşı Aslan Byutukayevdir.

İslam dövləti və Qafqaz əmirliyi arasında münasibət necədir?

Əslində Əl-Qaidə global rəhbərliyinin dəstəyi ilə, “Əmirliyin” liderləri İslam dövlətinin Qafqaza nüfuz etməsinin qarşısını almağa çalışıblar.

“Əmirliyə” 2014-cu ilin əvvəllərindən Rusiya qüvvələri tərəfindən 2015-ci ilin aprelində öldürülənə qədər rəhbərlik etmiş Əliəshab Kebekov İslam dövləti qruplaşmasına sadiqlik andı içmiş silahlıları tənqid edib və deyib ki, əl-Bağdadinin özünü “xəlifə” elan etmək haqqı yoxdur.

2015-ci ilin may ayında aydın olub ki, İslam dövlətinə qarşı çıxan din xadimi Maqomed Süleymanov Qafqaz əmirliyinin başında dura bilər, lakin bu haqda bəyanat heç vaxt olmayıb.

Qafqaz əmirliyinə yaxın olan media orqanları İslam dövləti tərəfindən özünün Qafqaz vilayəti haqqında bəyanat verməsini hələ ki, şərh etməyib.

Lakin iyunun 23-də bir video yayılıb ki, burada Suriyada vuruşan Çeçen əsilli Əl-Qaidə silahlısı başqalarını İslam dövlətinə qoşulmamağa çağırıb və axırıncının İraqda ərazi itirməsini onun zəifliyi kimi təqdim edib.

Bu sadiqlik andı nəyi deyir?

Qafqaz əmirliyi dinc vətəndaşlara bir necə dəfə hücum edib. Buraya 2010-cu ildə Moskva metrosunda bomba partlayışı da daxildir.

Lakin bu qruplaşma özünün silahlı mübarizəsini əsasən Rusiya hüquq-mühafizə orqanları və hərbi obyektlərə qarşı yönəldib.

İndi isə Şimali Qafqaz cihadçıları rəsmi olaraq qlobal bir hərəkatın tərkib hissəsi kimi daha qəddar metodlara əl ata bilər.

Bu sadiqlik andı Əl-Qaidə ilə müttəfiq olan cihadçılara meydan oxumaq deməkdir və Qafqazda cihadçılar arasında İslam dövlətinin Əl-Qaidə müttəfiqlərinə qarşı dünyanın başqa regionlarında apardığı sıxışdırılma siyasətinə bənzəyə bilər.

Hər halda indiki anda Qafqazda İslam dövləti daha güclü görünür.

Sual-cavab BBC Monitoring tərəfindən hazırlanıb