Nemtsovu qətlə yetirməkdə şübhəli bilinənlərə qarşı ittiham irəli sürülüb

Şəklin mənbəyi, epa
Siyasətçi Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən Zaur Dadayev və Anzor Qubaşevə qarşı Moskvanın Basmannı rayon məhkəməsində ittham irəli sürülüb.
RİA Novosti agentliyinin məlumatına əsasən, Z.Dadayev Nemtsovun qətlində iştiraka görə təqsirini etiraf edib.
Müttəhim məhkəmədən onu həbs etməməyi xahiş edib.
Müstəntiq isə Z.dadayevin aprelin 28-dək, istintaqın davam edəcəyi tarixədək, həbs olunmasını məhkəmədən xahiş edib.
Bu arada Basmannı məhkəməsinin mətbuat katibi Anna Fadeyeva, Nemtsovun qətlə yetirilməsi barədə cinayət işilə bağlı daha 3 yeni şəxsin saxlandığını bildirib.
Onun sözlərinə görə, bunlar Anzor Qubaşevin kiçik qardaş, Ramzat Baxayev və Tamerlan Əskərxanovdur.
Onların hamısı cinayətlə hər bir əlaqələrini inkar edilər.
Əskərxanov isə əlavə edib ki, qətl törədilən vaxt iş yerində olub.




