Bağırsaq sağlamlığı üçün beş məsləhət

koltukta oturmuş ve bir kaseden patlamış mısır alan bir kadın eli

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Düzgün bakteriya tərkibi və bağırsağın normal hərəkətini təmin edən liflə zəngin qidaların qəbulu bağırsaq sağlamlığının əsasını təşkil edir.
    • Müəllif, Dr Xand
    • Vəzifə, Morning Live programının doktoru
  • Oxuma vaxtı: 2 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Sosial mediada gəzərkən və ya supermarket rəflərinə baxarkən bağırsaq sağlamlığını yaxşılaşdırdığını iddia edən saysız-hesabsız məhsullarla qarşılaşırsınız.

Görünür ki, hər kəs həzm sistemimizdə yaşayan, həzmdən immunitetə, əhval-ruhiyyədən yuxuya qədər bir çox sahəyə təsir edən trilyonlarla mikroorqanizmdən ibarət bağırsaq mikrobiomuna yaxşı qulluqdan danışır.

Düzgün bakteriya balansı və bağırsağın işləməsini təmin edən liflə zəngin qidalar bağırsaq sağlamlığının təməlidir.

Mikroorqanizmləri "xoşbəxt etməyin" yolu onları düzgün qidalarla bəsləməkdən keçir.

Bağırsaqlarınızı sağlam saxlamaq düşündüyünüzdən də asandır.

Bahalı probiotik iynələrə və ya qəlyanaltılara müraciət etməkdənsə, bağırsaqları gücləndirmək üçün aşağıdakı beş sadə qida dəyişikliyinə diqqət yetirmək daha yaxşı nəticə verəcək:

  • Çips əvəzinə partladılmış qarğıdalı (popkorn): Popkorn tam taxıl məhsulu olduğuna görə bağırsaqlardakı faydalı bakteriyaları qidalandıran liflərlə zəngindir. Bir paket çipslə müqayisədə həm daha yüngüldür, həm də daha az emal olunub. Sadəcə çox yağlı və duzlu olmamasına diqqət etmək lazımdır.
  • Şirniyyat əvəzinə quru meyvə: Şirniyyatı sevirsinizsə, bu dəyişiklik çətin ola bilər. Amma qaysı qurusu, kişmiş və ya xurma lif, vitamin və təbii şəkərlər baxımından zəngindir, enerji səviyyəsini artırır və bağırsaqlarınız sizə minnətdar qalır. Eyni zamanda şirniyyat istəyini də azalda bilər.
cərəz

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ətirli çərəzlər əvəzinə sadə çərəzlərə üstünlük vermək belə bağırsaq sağlamlığının yaxşılaşmasına töhfə verir.
  • Makaron sousunda qiymə əvəzinə mərcimək və ya noxud: Paxlalılar bağırsaq mikroblarınız üçün qida rolunu oynayan prebiyotik liflərlə zəngindir. Eyni zamanda yeməyə əlavə bitki mənşəli protein və qatılıq verərək onu daha qidalı hala gətirə bilər.
  • Ətirli deyil, sadə çərəzlər: Ətirli (örtüklü) çərəzlər, adətən, duz və şəkərlə zəngin olur. Sadə çərəzlər isə bağırsaqlar üçün zərərli ola biləcək qatqı maddələri olmadan orqanizmə sağlam yağlar və lif təmin edir.
  • Dondurma əvəzinə dondurulmuş meyvə və kefir: Dondurma dad baxımından xoş ola bilər, lakin kefir və dondurulmuş meyvələr sizə təbii şirinlik, antioksidantlar və mikrobiomun inkişafına kömək edən canlı mədəniyyətlər (faydalı bakteriyalar) verir.

Əlbəttə, bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün kombuça içmək və ya kələm turşusu kimi fermentləşdirilmiş qidalar istehlak etmək kimi başqa yollar da var. Ancaq buna həddindən artıq fokuslanmaq mütləq deyil.

Bağırsaqlarınız və ümumi sağlamlığınız üçün ən vacib məqam meyvə və tərəvəz kimi liflə zəngin, tam qidaların qəbuludur.

Qida əlavələri və probiotiklər mövzusunda da eyni tövsiyə keçərlidir.

Onların faydalı olduğuna dair heç bir sübut yoxdur.

Möcüzəvi nəticələr vəd edən probiotik içkilər və tozlar kimi məhsullar baha başa gəlir və əslində pul itkisinə səbəb olur.