Moskva: Nemtsovun xatirəsinə həsr olunmuş marşlarda minlərlə insan iştirak edib

Şəklin mənbəyi, Reuters
Moskvanın mərkəzində ötən şənbəyə keçən gecə qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun xatirəsinə həsr olunmmuş anım marşında minlərlə insan iştirak edib
Boris Nemtsov bazar gününə təyin olunmuş müxalifət marşına başçılıq etməli idi, lakin hadisələr elə gətirdi ki, əvəzində onun təfdarları liderlərini anmaq üçün matəm marşına çıxdılar.
Moskvanın mərkəzində yürüş başlamazdan əvvəl müxalifət tərəfdarları Kremlə yaxın ərazidə toplaşmışdılar.
Aksiya iştirakçıları Nemtsovun güllələndiyi yerədək hərəkət ediblər.
Moskva meriyası aksiya təşkilatçıları ilə yürüşdə 50,000-dək insanın iştirak edəcəyini razılaşdırsa da, təşkilatçılar marşa qoşunların sayının bu rəqəmi aşacağını bildirib.
Onların təxminlərinə görə yürüşdə 50,000-dən 60,000-dək insan iştirak edib.
Moskva DİN idarəsi tədbirdə 15,500 insanın iştirak edtiyini bildirib.
Müstəqil mənbələr aksiyada 51,000-52,000 insanın iştirak etdiyini qeyd ediblər.
Boris nemtsovun xatirəsinə həsr olunmuş anım marşları bazar günü Rusiyanın digər şəhərlərində də keçirilib.

Şəklin mənbəyi, Reuters
Ötən şənbəyə keçən gecə qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun xatirəsinin anılması məqsədilə Rusiya paytaxının mərkəzində matəm marşının keçirilməsi gözlənilir.
Tədbirlə bağlı Moskvada şəhərin mərkəzi hissəsində marşın keçiriləcəyi saatlarda nəqiyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nemtsovun qətlindən əvvəl Rusiya müxalifəti martın 1-də Moskvada "Bahar" marşı keçirməyi nəzərdə tutmuşdu.
Müxalifət həmin tədbirdə hökümətdən iqtisadi böhranla bağlı təcili tədbirlərin görülmüəsini tələb etməyi planlaşdırmışdı.
Lakin şənbə günü, müxalifət liderlərinin meriya ilə danışıqlarından sonra kütləvi aksiyanən formatı və keçiriləcəyi yer dəyişdirilib.
Müxalifətçi RPR-PARNAS partiyasının lideri Mixail Kasyanovun sözlərinə görə, matəm yürüşündə minlərlə adamın iştirak edəcəyi gözlənilir.







