Boris Nemtsov: qubernatordan müxalifətçiyədək

nemtsov

Şəklin mənbəyi, Getty

Moskvada fevralın sonunda öldürülən Boris Nemtsov ən parlaq Rusiya müxalifətçilərindən olub və Vladimir Putinin və onun yaratdığı hakimiyyət sisteminin ən sərt tənqidçiləri sırasına daxil idi.

Nemtsovun 55 yaşı idi. Soçidə doğulmuş Nemtsov sonradan ailəsi ilə Qorkiy şəhərinə (köhnə adı Nijniy Novqorod) köçüb və Lobaçevski adına Qorkiy Dövlət Universitetinin Radiofizika fakültəsində oxuyub.

SSRİ Elmlər Akademiyasının Qorkiy Elmi-Tədqiqat Radiofizika İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib.

<link type="page"><caption> Həmçinin baxın: Boris Nemtsov kim olub? - Şəkillərdə</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2015/02/150228_nemtsov_life_gallery" platform="highweb"/></link>

1990-cı ildə Nemtsov Nijniy Novqorodun postsovet tarixində ilk qubernatoru olub, 1991-ci ildən 1994-cü ilədək Nijniy Novqorod vilayətində prezidentin səlahiyyətli nümayəndəsi olub.

1991-ci ildə onu qubernator vəzifəsinə prezident Boris Yeltsin təyin etmişdi, 1995-ci ildə isə o, seçicilərin 58,9 faiz səsini qazanaraq seçkilərdə qalib gəlib.

Hökumətdə

1997-ci ildə Nemtsov hökumətdə baş nazirin birinci müavini vəzifəsinə təyin olunub, həmçinin Yaşayış Kommunal Təsərrüfatı və sosial sahələrdə islahatlara nəzarət edirdi.

yeltsin_nemtsov

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, 90-cı illərin ikinci yarısında siyasi şərhçilər Nemtsovu prezident Yeltsinin xələfi kimi nəzərdən keçirirdilər. Şəkildə: Yeltsin vvə Nemtsov Nijniy Novoqorod şəhərində, avqust 1994-cu il

1997-ci ildə apreldən noyabra kimi o eyni zamanda yanacaq və energetika naziri, sonra isə Rusiya Təhlükəsizlik Şurasının üzvü olub.

“İctimai rəy” fondunun keçirdiyi sorğunun nəticələrinə görə, 1997-ci il apreldə rusiyalıların 29 faizi prezident seçkilərində Nemtsovun lehinə səs verməyə hazır olub.

Lakin 1998-ci il avqust defoltundan sonra Nemtsov istefa ərizəsini yazıb hökumət tərkibindən çıxıb.

İlin sonunda o, “Rossiya molodaya” (“Gənc Rusiya”) ictimai-siyasi hərəkatın siyasi şurasına başçılıq edib. Sonradan bu hərəkat 1990-cı ildə Sergey Kiriyenko, Boris Nemtsov və İrina Xakamadanın başçılıq etdikləri Sağ Qüvvələr İttifaqı (SPS) seçki blokuna qatılan “Pravoye delo” (“Haqlı iş”) koalisiyasının tərkibinə daxil olub.

nemtsov_khakamada_kiriyenko

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, 1999-cu ildə Boris Nemtsov, İrina Xakamada və Sergey Kiriyenko (hazırda Rosatom şirkətin rəhbəri) Sağ Qüvvələr seçki bloku tərkibində Dumaya gedirdilər

Dekabrda Nemtsov Dövlət Dumasına seçilib və sədr müavini vəzifəsini tutub. Həmin ildə o, Boris Yeltsinin xələfi qismində Vladimir Putini dəstəkləyib, lakin sonradan səhv mövqesinə görə peşman olduğunu bildirib.

2003-2007-ci illərdə SPS Dövlət Duması seçkilərində 5 faizlik həddi keçə bilməyib.

Müxalifət başında

Nemtsov 2008-ci ildə SPS-i tərk edib və yeni “Solidarnost” (“Həmrəylik”) birləşmiş demokratik hərəkatını yaradıb. SPS isə öz-özünə ləğv olub.

“Solidarnost”dan Nemtsov Soçi meri vəzifəsinə namizədliyini təqdim edib, lakin 13,6 faiz səs toplayaraq, məğlub olub. Hər necə olsa da, bu, seçkilərin ikinci nəticəsi olub.

2010-cu ilin dekabrında siyasətçilər Vladimir Rıjkov və Mixail Kasyanovla o, Xalq Azadlığı Partiyasının (PARNAS) rəhbəri olub. Hakimiyyət partiyanı qeydiyyata almayıb, və 2012-ci ilin iyununda Rıjkovun Rusiya Respublikaçı Partiyası (RPR) ilə birləşib. Nemtsov yeni yaranan RPR-PARNAS birliyin həmsədri vəzifəsini tutub.

nemtsov

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Boris Nemtsov 2000-ci illərin ikinci yarısında məşhur "razı olmayanların marşları"nın ən fəal iştirakçılarından olub

2013-cü ildə Nemtsov RPR-PARNAS-dan Yaroslav vilayət dumasına seçilən yeganə millət vəkili oldu.

Bundan başqa Boris Nemtsov son illər Vladimir Putiniin qurduğu sistemiv və şəxsən prezidentin sərt tənqidinə həs olunmuş “Putin. Yekunlar” ümumi sərlövhəli bir neçə məruzənin həmmüəllifi olub. Nemtsov 2000-ci və 2010-cı illərdə Moskvada keçirilən çoxsaylı müxalif aksiyaların təşəbbüsçüsü və təşkilatçılarından biri olub.

Nemtsov 2015-ci il martın 1-nə təyin olunmuş, təşkilatçıları tərəfindən müharibə əleyhinə və böhrana qarşı adlandırılan, “Vesna” (“Bahar”) marşına iki gün qalmış Rusiya paytaxtının mərkəzində naməlum şəxslər tərəfindən öldürülüb.