Putin: ABŞ-ın yeni sanksiyaları ikitərəfli əlaqələri dalana sürükləyir

Şəklin mənbəyi, AP

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın ölkəsinə qarşı yeni sanksiyalarını pisləyərək deyib ki, onlar əlaqələrə mənfi təsir edəcək və hər iki ölkənin işlərinə ziyan verəcək.

Prezident deyib ki, ikitərəfli əlaqələr "dalana" yaxınlaşır.

Prezident Putin ABŞ və Aİ-nin Ukraynadakı üsyançıları dəstəklədiyinə görə Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edəndən sonra danışıb.

Sanksiyalardan sonra rublun avro və dollara qarşı dəyəri və sanksiyalar altına düşən Rusiya şirkətlərinin dəyəri kəskin düşüb.

Sanksiyalar bütün enerji sektorunu əhatə etmir, BBC-nin Moskvadakı müxbiri Daniel Sandford deyir, amma Rosneftin yaradılması Prezident Putin üçün şəxsi bir layihə idi və bu şirkəti onun ən yaxın müttəfiqlərindən biri, İqor Seçin idarə edir.

Hədəf olunan digər şirkətlərdən biri, qaz istehsalçısı Novatek də qismən cənab Putinin dostları tərəfinədn idarə olunur.

"Uzunmüddətli zərər"

Rosneft və Novatek enerji şirkətlərində səhmlər müvafiq olaraq 5,4 faiz və 6,8 faiz düşüb.

Hər iki şirkət üçün ABŞ-dan uzunmüddətli borclar almaq qadağan olunub.

Braziliyada olan Vladimir Putin televiziyada çıxışında deyib ki, sanksiyalar Rusiya ilə ABŞ arasında əlaqələri "dalan doğru" sürükləyir.

O deyib ki, cəzalar ancaq Rusiyada fəaliyyət göstərən Amerika şirkətlərinə qarşı əks reaksiya yaradacaq, Amerika şirkətlərinin və "ABŞ höküməti və xalqının uzunmüddətli maraqlarına" ziddir.

Rusiya prezidentinin sözlərinə görə Rosneft ABŞ şirkəti ExxonMobil ilə Rusiyada yeni gəlirli neft yataqları yaratmaq üçün çoxmilyard dollarlıq saziş imzalamışdı. "Deməli, Birləşmiş Ştatlar burada işləməsini istəmir?" - prezident sual edib.

Aİ deyib ki, sanksiyalar barədə məlumat iyulun sonunda veriləcək, amma investisiya banklarının Rusiya layihələrinə daha maliyyələşdirməyəcəyini əlavə edib.