Separatçılar Luqansk hakimiyyəti binasını ələ keçiriblər

Separatçılar Şərqi Ukraynanın bir neçə şəhərində inzibati binaları nəzarət altında saxlayırlar.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Separatçılar Şərqi Ukraynanın bir neçə şəhərində inzibati binaları nəzarət altında saxlayırlar.

Ukraynada Luqansk vilayət hakimiyyətinin binasını zəbt edən adamlar “Referendum!” və “Rusiya!” şüarlarını qışqırıblar.

Yüzlərlə insandan ibarət kütlənin önündə gələn 20-dək gənc fəal birinci mərtəbədəki pəncərələri qıraraq binaya daxil olub.

Luqanskdakı Ukrayna Təhlükəsizlik Xidmətinin binası separatçılar tərəfindən aprelin 6-da zəbt olunmuşdur.

Videolardan birində şəhər administrasiyası binası üzərində Rusiya bayrağının qaldırıldığını görmək olar.

Separatçılar Şərqi Ukraynanın bir neçə şəhərində inzibati binaları nəzarət altında saxlayırlar.