Rusiya Ukrayna sərhədindəki qoşunları "geri çəkməlidir"

Şəklin mənbəyi, AP
ABŞ prezidenti Barack Obama Rusiyanı Ukrayna sərhədindəki qoşunlarını "geri çəkməyə" və gərginliyi azaltmağa çağırıb.
Rusiyanın Ukraynanın şərqi sərhədində minlərlə qoşun topladığı deyilir.
Cənab Obama CBS News kanalında deyib ki, bu, "Ukraynanı hədələmək məqsədi daşıya bilər, amma ola bilsin [Rusiyanın] başqa planları var".
Eyni zamanda Rusiya təhlükəsizlik rəsmisi deyib ki, Qərbin rəsmi Moskvanın təsirini azaltmaq cəhdlərinə qarşı kəşfiyyat işləri artırılır.
"Dövlətə qarşı xarici təhlükələrin sayında kəskin artım olub. Krım və şərqi Ukrayna regionlarında əhalinin qanuni istəyi, ABŞ və müttəfiqlərində isteriya oyadır", İnterfaks xəbər agentliyi Federal Təhlükəsizlik Xidmətinin (FSB) sədr müavini Aleksandr Malevanıydan sitat gətirib.

Şəklin mənbəyi, Reuters
Onun sözlərinə görə Moskva Qərbin "çox mühüm bir regionda Rusiyanın təsirini zəiflətmək" cəhdlərinə qarşı "hücum kəşfiyyat tədbirləri" görür.
Nato Baş katibi Anders Fogh Rasmussen deyib ki, Ukrayna sərhədindəki "nəhəng hərbi toplanmaya görə" qurum çox narahatdır.
Natonun bütün üzvlərinin, o cümlədən Baltika ölkələri olan Estoniya, Latviya və Litvanın təhlükəsizliyini və qorunmasını təmin etmək üçün planları var, o deyib.
Yanukoviç: "Bütün regionlarda referendum keçirilsin"
Daha əvvəl hakimiyyətdən kənarlaşdırılmış prezident Viktor Yanukoviç "xalqa müraciətində" ölkənin bütün regionlarının statusunu müəyyən edəcək referendumların keçirilməsinə səsləyib.
Bu barədə bəyanatı İTAR-TASS agentliyi yayıb.
Viktor Yanukoviç deyib ki, Ukraynadakı vəziyyəti və ölkənin bütövlüyünü erkən prezident seçkiləri yox ümumölkə referendum sabitləşdirə bilər.
“Hər bir regionun statusunu müəyyən edəcək referendumların keçirilməsini tələb edin”.
İTAR-TASS agentliyinin məlumatına əsasən Viktor Yanukoviç özünü mənsub olduğu Regionlar Partiyasının sıralarından çıxarılmasını xahiş edib.
Hakimiyyətdən kənarlaşdırıldıqdan sonra keçirdiyi ilk mətbuat konfransında Viktor Yanukoviç <link type="page"><caption> demişdi ki</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/02/140228_crimea_airport.shtml" platform="highweb"/></link><itemMeta>azeri/international/2014/02/140228_crimea_airport</itemMeta>, Krım Ukrayna tərkibində qalmalıdır.




