Rusiya: Krımın anneksiyası "planlaşdırılmamışdı"

Şəklin mənbəyi, AFP
Moskvanın Avropa İttifaqına səfiri bildirib ki, Krımın Rusiyaya "yenidən birləşməsini" müsbət qarşılasa da, bu addım planlaşdırılmamışdı.
Vladimir Çijov BBC-ə deyib ki, bu, 60 il davam edən "anormallığın" sonuna gətirib çıxarıb.
Krımda keçirilən referendumdan sonra cümə günü Rusiya Ukrayna regionunun anneksiyasını <link type="page"><caption> rəsmiləşdirib</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/03/140321_putin_signs_crimea_annexation.shtml" platform="highweb"/></link>.
Şənbə günü Rusiya əsgərləri və rusiyapərəst etirazçılar Krımda iki Ukrayna hərbi aviabazanı zəbt edib və onları Rusiyanın nəzarəti altına alıblar.
Cənab Çijovun sözlərinə görə, Krımdakı Ukrayna əsgərləri istefa vermək, Rusiya ordusuna qoşulmaq və ya ərazini formada tərk etmək arasında seçim etməlidirlər.
ABŞ-ın Ukraynaya hərbi yardım və ya qoşun göndərməsi "böyük səhv" olar, Rusiya rəsmisi xəbərdarlıq edib.
Rusiya Kiyevdəki yeni höküməti tanımasa da, onların Ukraynadakı rusiyalıların hüquqlarını müdafiə edəcəyini gözləyir, cənab Çijov deyib.
"Biz istəyirik ki, Kiyevdəki hakimiyyət şərqi Ukraynada yaşayanların - etnik rusiyalılar, rusdillilər, şərqi Ukraynanın bütün əhalisinin maraqlarını qorusun".
O əlavə edib ki, Rusiya Ukrayna və ya Avropanın digər hissələrinə qoşun göndərmək fikrində deyil.




