Krım müstəqillik bəyannaməsini qəbul edib

Krım parlamenti

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Krım parlamenti Rusiyanın tərkibinə daxil olması barədə qərar qəbul edib.

Parlamentin 100 üzvündən 78-i Krım Respublikasının müstəqillik bəyannaməsini dəstəkləyiblər, yerli informasiya agentlikləri xəbər verir.

Mətbuat öz mənbələrinə istinadən yazır ki, bu addım Krımın Rusiyaya daxil olması və referendumun keçirilməsi zərurətindən irəli gəlir.

Bundan əvvəl Kiyevin inzibati məhkəməsi Krım parlamentinin bir sıra qərarlarının qeyri-qanuni olduğunu bəyan edib.

Kiyevdə qəbul olunmuş qərarla yanaşı bir neçə krımlı siyasətçiyə qarşı cinayət işi açılıb.

Mart ayının əvvəlində Krım parlamenti Rusiya Federasiyasının tərkibinə daxil olması haqqında qərar qəbul edib.

Krımın gələcəyi ilə bağlı məsələ martın 16-da keçiriləcək referenduma çıxarılacaq.

10 gündən sonra Rusiyada referendum əsasında yeni ərazilərin ölkəyə birləşdirilməsini tənzimləyən qanun layihəsi müzakirə edilməlidir.

Çərşənbə axşamı günü Krımın ayrılmasına etiraz edən ukraynapərəst fəallar paytaxt Simferopolda mitinq keçiriblər.

Nümayişdə bazar gününə təyin olunmuş referendumun boykot ediməsinə çağırışlar səslənib.