NATO Ukrayna sərhədləri yaxınlığına AWACS təyyarələrini göndərir

plane_nato

Şəklin mənbəyi, AFP

NATO-nun kəşfiyyatçı təyyarələri Polşa və Rumıniya ərazilərindən Ukraynada vəziyyəti izləməyə başlayacaqlar. Bu barədə qərar bazar ertəsi qəbul olunub, alyansın mətbuat xidməti xəbər verir.

“AWACS [radiomüəyyənetmə və tuşlama aviasiya kompleksi] təyyarələrinin bütün kəşfiyyat uçuşları müttəfiqlərin hava məkanında yerinə yetiriləcək”, - o deyib.

NATO-nun bildirdiyinə görə, AWACS təyyarələrinin uçuşları “alyansın baş verən vəziyyətdən daha geniş məlumatlanmağa” imkan verər.

Martın 16-da əslində tamamilə Rusiya hərbi qüvvələrinin nəzarəti altında olan Krımda Rusiyaya birləşmək haqqında referendum keçiriləcək. Ukrayna və Qərb ölkələri onu qeyri-qanuni hesab edirlər.

Bazar günü məlum olub ki, Rusiya hərbçiləri və yerli özünümüdafiə qüvvələri hərbi hospitalı tutublar. Hücum edənlər, xəstələri və personalı silahla hədələyərək, Simferopolda hərbi tibb müəssisəsinin ərazisinə daxil olublar.

Hospitalın rəisinin sözlərinə görə, orada olanların hamısını avtobusa doldurub, orada yarım saat saxlayıblar. Pasiyentlər arasında ağır xəstələr də olub.

“İnterfaks-Ukrayna” agentliyinin məlumatına görə, hücum edənlər, guya yeni rəhbərliyi təqdim etmək üçün, həmçinin bütün personalı qeyd şöbəsinin yanına yığıblar.

Hücum dəf edilib

Bağçasarayda rusiyameyyli hərbçilər hərbi bazanı ələ keçirməyə cəhd ediblər. Hücum edənlər havaya xəbərdaredici atəş açıb, lakin Ukrayna hərbçiləri hücumu dəf etməyə müvəffəq olublar.

Krım ərazisində həmçinin Ukrayna hərbi obyektlərinin blokadası davam edir. Moskva bunda Rusiya hərbçilərinin iştirakını rəsmən təkzib edir. Hərbi geyimlərinin üstündə fərqlənmə nişanları olmayan hərbçiləri Rusiya hakimiyyəti yerli özünümüdafiə dəstələrinin döyüşçüləri adlandırır.

Rusiyameyyli qüvvələr, az da olsa ciddi müqavimətlə qarşılaşmayaraq, yavaş-yavaş Ukraynanı qoruyub saxlamaq qabiliyyətindən məhrum edirlər, BBC müxbiri Christian Fraser qeyd edir.

Rusiya prezidenti Vladimir Putin Krımda martın 16-da Rusiyanın tərkibinə daxil olmaq haqqında keçiriləcək referendumu dəstəkləyib. O, Krımın qanuni hakimiyyətinin beynəlxalq hüquq normalarına uyğun təşəbbüs etdiyini bəyan edib.

Daha geniş məlumatlanmaq

crimea_bilboard

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Krımda martın 16-da Rusiyaya birləşmək haqqında referendum keçirməyə hazırlaşırlar

Ukrayna hökuməti ABŞ və Avropa ölkələri birlikdə Rusiyanı beynəlxalq hüquq normalarını pozaraq, Ukrayna ərazisinə müdaxilə etməkdə ittiham edirlər.

Keçən həftə NATO Rusiya ilə əməkdaşlığa yenidən baxıldığını və Ukrayna hökuməti ilə əlaqələrin möhkəmləndirildiyini bəyan edib.

Avropa və ABŞ liderləri bəyan ediblər ki, Rusiya qoşunları Krımdan öz bazalarına qayıtmasalar, qərb dövlətləri Rusiyaya qarşı daha güclü sanksiyalar tətbiq edilməsi ehtimalını nəzərdən keçirərlər.

Cümə günü əvvəlcə ABŞ və Rusiya prezidentlərinin gecəyarısı telefon söhbəti zamanı, sonra isə ABŞ dövlət katibi John Kerry tərəfindən irəli sürülən təkliflər Rusiyanı qane etməyib.

Lavrovun sözlərinə görə, sənəd XİN-i çox da qane etməyən konsepsiyalar ehtiva edir: “Hər şey guya Rusiya ilə Ukrayna arasında münaqişə mövcud olması məcrada ifadə olunur”, - nazir bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı bəyan edib.

Lavrov eyni zamanda bəyan edib ki, <link type="page"><caption> Rusiya ABŞ üçün Ukraynada vəziyyətin tənzimlənməsi üzrə cavab təkliflər hazırlayıb</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/03/140311_140310_crimea_russia_lavrov.shtml" platform="highweb"/></link>.