Abdulla Gül sosial şəbəkə saytlarının bağlanılacağını təkzib edib

Abdullah Gül

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Abdullah Gül sytlarından bağalnılamsından söhbət getmədiyini deyib.

Türkiyə prezidenti Baş Nazirin xəbərdarlığından sonra Facebook və YouTube kimi saytların bağlanılacağı barədə narahatlıqların əsassız olduğunu deyib.

Abdullah Gül deyib ki, yeni qanun layihəsi şəxsi həyatın toxunulmazlığını pozan materialların bloklanmasını nəzərdə tutur və söhbət saytlara girişin yasaqlanmasından getmir.

Recep Tayyip Erdoğan onun korrupsiyada əli olduğunu iddia edən “saxta telefon söhbətləşmələrindən” sonra siyasi rəqibləri tərəfindən hücuma məruz qaldığını bildirib.

Baş Nazirlə oğlu arasında böyük məbləğdə pulların gizlədilməsini iddia edən telefon söhbətinin yazısı fevral ayında internetə yerləşdirdikdən sonra etirazlara səbəb olub.

Lentdə öz səsinin olduğunu danmayan cənab Erdoğan onun montaj oldunduğunu bildirib.

Türkiyənin baş naziri “saxta” yazının hazırlanmasında ittiham etdiyi polis daxilindəki əleyhdarlarının cəzalandırılacağını deyib.