Turkiyə prokurorluğu “minlərlə telefon söhbətləşməsini lentə alıb"

Şəklin mənbəyi, Reuters
Türkiyə prokurorluq sistemindəki bir qrup hökumət əleyhdarı qeyri-qanuni olaraq minlərlə tanınmış adamın telefonlarını dinlənilməyə qoyublar, hakimiyyətə yaxın rəsmi media bildirir.
Hədəfə alınanlar arasında nazir və biznes liderlərin olduğu bildirilir.
ABŞ-da könüllü mühacirətdə yaşayan Fethullah Gülenə yaxın olduğu iddia edilən prokurorlar ittihamları rədd ediblər.
Amerikada mənzillənən ruhani Türkiyə daxilində polis, siyasətçi və hüquqşünasları əhatə edən "paralel dövlət” yaratmaqda suçlanır.
Cənab Gülen bu kimi iddiaların "əsassız" olduğunu bildirib.
Son iddialar hökumətə yaxın Yeni Şafak və Star qəzetlərində açıqlanıb.
Star "gülenistlərin" 7000-dən artıq adamın telefonunun dinlənildiyini bildirib.
Qəzet yazır ki, dinləmələr terorçuluq qəsdinin üstünü açmaq bəhanəsilə 2011-ci ildən bəri aparılıb.
İşlə bağlı mediada adı çəkilən prokurorlardan biri - Adem Özcan iddiaları rədd edib.
Cənab Gülen hökumət korrupsiyası ilə bağlı araşdırmanın başlanılması təşəbbüsünə təsir göstərdiyini danıb.
Baş nazir Recep Tayyip Erdoğan vaxtı ilə müttəfiqi olmuş ruhanini hökumət üzərinə həmlədə təqsirləndirib.
Türkiyədə korrupsiya araşdırmaları nəticəsində 4 nazir istefaya çıxıb.
Cənab Erdoğan 11 il ərzində ölkəni idarə edən hökumətinə qarşı ən böyük təhlükə hesab edilən ittihamları cavabsız qoymayacağını bildirib.




