Türkiyə: parlament "Gulen məktəblərini" bağlayır

Türkiyə parlamenti nüfuzlu dini xadim, nurçular hərəkatının lideri Fetullah Gulenin nəzarətində olan təhsil ocaqlarının bağlanması barədə qanun qəbul edib.
Söhbət ABŞ-da yaşayan nurçu camaatının lideri Fətullah Gülənin nəzarətində olan Türkiyə universitetlərinə özəl hazırlıq kursları olan dərshanələrin bağlanmasından gedir.
Dərsanələrin 2015-ci il sentyabrın 1-dən bağlanacağını nəzərdə tutan qanun layihəsi Türkiyə parlamentində təsdiqdən keçib. Bu qərarla bağlanacaq özəl məktəblərin çoxunun Gülenin nəzarətində olduğu bildirilir.
Son aylarda Türkiyənin Baş naziri Recep Tayyip Erdoğanla Fetullah Gülen arasında nifaq güclənib.
Cənab Erdoğan ABŞ-da mənzillənən nurçuların liderini Türkiyə höküməti əleyhinə fəaliyyət göstərməkdə ittiham edib.
Türkiyə Baş naziri Recep Tayyip Erdoğanın höküməti nurçüların hazırlıq kurslarının bağlanmasının səbəbi kimi ümumilikdə təhsil islahatını, orta məktəblərdə təhsilin keyfiyyətinin artırılmasını göstərir.
