Aİ Ukrayna rəhbərliyinə qarşı sanksiya tətbiq etməyə çağırır

Şəklin mənbəyi, AP
Fransa və Polşa liderləri Avropa İttifaqını Kiyevdə baş vermiş zorakı hadisələrə görə məsuliyyət daşıyan şəxslərə qarşı sanskiyaların tətbiqinə çağırıblar.
Fransa prezidenti administrasiyasının xəbərinə əsasən, Francois Hollande Kiyevdə baş vermiş zorakı hadisələri pisləyərək zorakılığa dərhal son qoymağa çağırıb.
Francois Hollande və Polşa Baş naziri Donald Tusk eyni mövgedən çıxış edərək, Ukraynada zorakılığın şiddətlənməsinə görə məsuliyyət daşıyanlara sanksiya tətbiq edilməsinə çağırıblar, xəbərlərdə deyilir.
Avropa İttifaqının Xarici İşlər üzrə Ali təmsilçisi Catherine Ashton isə bundan bir qədər əvvəl Aİ-nin Ukraynada zorakılığın şiddətlənməsinə görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiya tətbiq etmək niyyətində olduğunu bildirib.
Catherine Ashton Ukraynadakı hadisələri müzakirə etmək niyyətilə cümə günü ayın 20-ə Aİ ölkələri xarici işlər nazirlərinin təcili iclasını təyin edib.
Bu arada Ukraynada ötən gecə baş vermiş toqquşmalarda ölənləri yad etmək məqsədilə matəm elan olunub.
