İranda zəlzələ: Azı üç nəfər həlak olub, yüzlərlə yaralı var

Şəklin mənbəyi, Reuters
İranın şimal-qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər həlak olub.
Dövlət mediasının məlumatına görə, 800-dən çox insan xəsarət alıb.
Zəlzələ Qərbi Azərbaycan əyalətində baş verib, çoxlu binaların dağıldığı Xoy şəhərində axtarış-xilasetmə işləri aparılır.
Təcili yardım qrupları rəsmisinin sözlərinə görə, elektrik kəsilməsi və qar yağması işə mənfi təsir göstərir.
ISNA xəbər agentliyi zəlzələnin şənbə günü axşam saat 22:00 radələrində baş verdiyini bildirib.
Zəlzələnin Türkiyə, İraq, Ermənistan və Azərbaycanda da hiss olunduğu bildirilib.
Ən böyüyü 4,2 bal gücündə olan 40-dan çox yeraltı təkanlar da yaşanıb, yerli sakinlər evlərini tərk edib.
Zəlzələnin Türkiyə, İraq, Ermənistan və Azərbaycanda da hiss olunduğu bildirilib.

Şəklin mənbəyi, Reuters
Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olan məlumata əsasən, "yanvarın 28-də saat 22:14-də Naxçıvan seysmik stansiyasından 108 km cənub-qərbdə, İranın Xoy şəhərində 10 km dərinlikdə 6,2 maqnituda zəlzələ qeydə alınıb."
FHN bildirilib ki, zəlzələ Naxçıvan ərazisində 5-3 bala qədər hiss olunub.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində Naxçıvanda hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb, FHN bildirib.








