Şəkillərdə: İran-ABŞ girov böhranından 40 il keçir

Düz 40 il əvvəl, 4 noyabr 1979-cu ildə "İmam Xomeynini" dəstəkləyən minlərlə iranlı tələbə ABŞ-ın Tehrandakı səfirliyinə basqın etdi.

Fəallar 444 gün ərzində 52 nəfəri girov saxladılar. İranda İslam İnqilabına rəhbərlik edən Ayətullah Ruhullah Xomeyni, ABŞ səfirliyinin işğalını "ikinci inqilab" kimi səciyyələndirdi.

Bu hadisəyə görə Tehranla Washington arasındakı diplomatik əlaqələr kəsildi. İnqilabdan sonra qurulan İran İslam Respublikası ABŞ-ı ölkədə casusluq fəaliyyəti aparmaqda ittiham etdi.

Hazırda ABŞ-ın Tehrandakı səfirliyi binasının bir hissəsi muzeyə çevrilib.

1979-cu ilin əvvəlində İran şahı Rza Pəhləvi ölkəni "qısa bir tətil" üçün tərk etdi, lakin bu, 38 illik şah rejiminin sonuna gətirib çıxardı.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 1979-cu ilin əvvəlində İran şahı Rza Pəhləvi ölkəni "qısa bir tətil" üçün tərk etdi, lakin bu, 38 illik şah rejiminin sonuna gətirib çıxardı.
4 noyabr 1979-cu ildə "İmam Xomeyni" tərəfdarları ABŞ-ın Tehrandakı səfirliyinə hücum etdilər və binada olanları girov götürdülər. Həmin günlərdə Tehranda ABŞ səfirliyi qarşısında kütləvi etirazlar keçirilirdi.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 4 noyabr 1979-cu ildə "İmam Xomeyni" tərəfdarları ABŞ-ın Tehrandakı səfirliyinə hücum etdilər və binada olanları girov götürdülər. Həmin günlərdə Tehranda ABŞ səfirliyi qarşısında kütləvi etirazlar keçirilirdi.
İranlı tələbələr arasında əlləri bağlı bir amerikalı diplomat.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İranlı tələbələr arasında əlləri bağlı bir amerikalı diplomat.
Tələbələr ABŞ diplomatlarının "casusluq etdiklərini" izah edən fotoları jurnalistlərə nümayiş etdirirlər.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tələbələr ABŞ diplomatlarının "casusluq etdiklərini" izah edən fotoları jurnalistlərə nümayiş etdirirlər.
ABŞ-ın Tehrandakı səfirliyinə basqından bir həftə sonra mətbuat konfransı keçirilib.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ABŞ-ın Tehrandakı səfirliyinə basqından bir həftə sonra mətbuat konfransı keçirilib.
İranlı ABŞ əleydarları səfirliyin qarşısında namaz qılırlar.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İranlı ABŞ əleydarları səfirliyin qarşısında namaz qılırlar
Öğrenciler ABD bayrağına sarılı halde, çöplerini taşıyorlar.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tələbələr zibil daşımaq üçün ABŞ bayrağından istifadə edirlər.
Aksiyada iştirak edən tələbələrdən biri tutduğu girovun fotosunu göstərir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Aksiyada iştirak edən tələbələrdən biri tutduğu girovun fotosunu göstərir.
Amerikalı girovlar sərbəst buraxılmazdan əvvəl ABŞ-ın Tehrandakı səfirliyində mətbuat konfransı keçirirlər.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Amerikalı girovlar sərbəst buraxılmazdan əvvəl ABŞ-ın Tehrandakı səfirliyində mətbuat konfransı keçiriblər.
Ayətullah Xomeyni qadınların və qaradərili girovların sərbəst buraxılması barədə əmr verdikdən sonra tələbələr mətbuat konfransında mahnı oxuyur.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ayətullah Xomeyni qadınların və qaradərili girovların sərbəst buraxılması barədə əmr verdikdən sonra tələbələr mətbuat konfransında mahnı oxuyur.

Fotolar Getty Image agentliyinə məxsusdur.