Özbəkistan Prezidentinin qızı: "Mənim pis tərəfim yoxdur"
Özbəkistan Prezidentinin qızı: "Mənim pis tərəfim yoxdur"

Şəklin mənbəyi, Alterego media/Kirill Altman
"Mən, ilk növbədə, atama qulluq edirəm. Doğuşdan o həmişə mən də şəxsiyyət görüb. Mənim pis cəhətlərim yoxdur. Sanki mən adamları da seçə bilirəm. Bu intuisiyadır. Bu istedaddır."
Özbəkistan prezidentinin qızı Səidə Mirziyoyevanın ilk müsahibəsi sosial mediada tənqid olunur. Onun atası Şavkat Mirziyoyev 9 ildir ki, Özbəkistanın prezidentidir. Bundan əvvəl atası 13 il ölkənin baş naziri olub.
Özbəkistan insan haqları, media, məhkəmə azadlığı kimi məsələlərə görə tənqidlərlə üzləşir.
41 yaşlı Səidə Mirziyoyeva isə hazırda Özbəkistan Prezident Administrasiyasının rəhbəridir. Bundan əvvəl o, prezidentin Birinci köməkçisi vəzifəsində çalışıb.




