''Zəngəzur dəhlizi açılacaq’’, - İlham Əliyev
''Zəngəzur dəhlizi açılacaq’’, - İlham Əliyev
Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində "Zəngəzur dəhlizinin" açılacağından danışıb.
"Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir", - İlham Əliyev deyib.
Prezident bildirib ki, Zəngəzur dəhlizinə ilk növbədə Naxçıvan ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq.



