Əskipara - Voskepar kəndində rus sərhədçiləri üçün obyektlər inşa edilir

Voskepar kəndi, xəritə

Şəklin mənbəyi, Google

Ermənistanın nəzarətində olan Əskipara - Voskepar kəndinə yerləşdirilən rus sərhədçiləri üçün obyektlər inşa edilir.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qurum bildirib ki, obyektlərin inşası işləri Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində aparılır.

Voskepar kəndi Azərbaycan ilə 1990-cı ildə Ermənistanın nəzarətinə keçən Azərbaycanın Yuxarı Əskipara kəndi arasında yerləşir.

Bu kəndə nəzarətin Ermənistanın əlində olması Azərbaycanın bir neçə kəndini əsas torpaqlardan ayıraraq eksklava çevirib.

Kənd Azərbaycanın Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri arasında yerləşir və bu kəndlərin hamısı hazırda Ermənistanın nəzarətindədir.

Cümə axşamı günü Ermənistan xəbər saytlarında və sosial mediada yayılmış videolarda Rusiya ordusunə məxsus olduğu deyilən yük maşınlarını görmək olardı.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Hadisəylə bağlı Rusiya Müdafiə Nazirliyinin reaksiyası bəlli deyil.

İnfocom saytı yazıb ki, Tavuş rayonunun icra hakimi Hayk Qalumyan rus əsgərlərinin "monitorinq məqsədilə'' gəldiyini bildirib.

''Baş nazir bu ideyanı hökumət sessiyasında səsləndirmişdi, ancaq bu qədərini bilirəm...Dəqiq say və yer barədə məlumatım yoxdur'', o İnfocom saytına deyib.

Sosial mediada yayılmış məlumatlarda ötən gün rus əsgərlərinin həmin kənddə qalmağa yer axtardıqları bildirilirdi.