''Demokratiya yeganə yoldur'' - sosial media istifadəçiləri Ermənistan seçkilərinin nəticəsi barədə

Şəklin mənbəyi, Getty Images
Ermənistanda keçirilmiş erkən parlament seçkilərində böyük fərqlə qalib gəlmiş Nikol Paşinyan bu gün liderlik etdiyi partiyanın təkbaşına hökumət quracağına işarə edib.
Bazar günü keçirilmiş seçkilərdə ölkənin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası rəqiblərini 53,92 faiz səslə geridə qoyub.
Paşinyanın ən böyük rəqibi, keçmiş Ermənistan Prezidenti Robert Koçaryanın "Hayastan" bloku 21,64 faiz səs qazanıb.
Bu nəticə müharibədən məğlubiyyətlə çıxmış və ötən ilin sonundan bəri iqtidara qarşı aylardır davam edən etirazlar fonunda təəccüb doğursa da, sosial mediada bəzi fəallar bunu Ermənistandakı siyasətçilərə və diasporaya "açıq demokratiya mesaji" kimi qiymətləndiriblər.
Digərlərinə görə isə, Qarabağ münaqişəsi Paşinyan hakimiyyətinin davam etməsi ilə "daha asan" həll oluna bilər.
Ermənistanda yaşayan fəal və "Qadın Resurs Mərkəzi" QHT-nin həm-təsisçisi Lara Aharonyan Twitter-də yazıb ki, "Bu, bir daha oliqarxlara, korrupsiyalaşmış sabiq liderlərə qarşı bir səsvermə idi, ümid edirəm ki, bu dəfə Ermənistandakı siyasi partiyalar/elitalar, o cümlədən diaspora da birdəfəlik açıq mesaj alacaqlar. Qalanı demokratiyanın yeganə yol olmasına əmin olmaq üçün hamımızın üzərində işləməli olduğu bir şeydir."
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
Tbilisidə fəaliyyət göstərən araşdırmaçı Hans Gutbrod-a görə, "Ermənistandan alınan nəticələri oxumağın bir yolu budur ki, insanlar *həqiqətən* korrupsiyaya son qoymaq və islahatlar istəyir və böyük səhvləri və hətta dəhşətli məğlubiyyəti bağışlaya bilərlər. Əgər belədirsə, bu, həqiqətən cəsarətləndirici bir mesajdır və bölgədəki kleptokratlar üçün yaxşı bir gün deyil."
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2
"Heç düşünməmişdim ki, Ermənistanda elə bir seçki görərəm ki, beynəlxalq müşahidəçilərin əsas narazaılığı əlillər üçün yaxşı şərait yaradılmaması ilə bağlı olsun", Britaniyadakı POLSIS Birmingham təşkilatının fəxri tədqiqatçısı Kevork Oskanyan paylaşıb.
Seçkiləri izləmiş AŞPA və digər müşahidəçilər bu gün bildiriblər ki, seçkilər "rəqabətli və yaxşı", amma "qütbləşmiş və qeyri-mükəmməl" keçib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 3
ABŞ-da yaşayan Lev Bağramyanın tviti isə Ermənistanda keçmiş siyasi liderlərin hakimiyyətə gəlməsini istəyən diaspora nümayəndələrinə yönəlib.
"Diasporadakı bəzi ermənilərin ikiüzlülüyünün həddi-hüdudu yoxdur. Demokratiyalarda yaşayıb inkişaf etsələr də, Ermənistanda korrupsiyalaşmış və məsuliyyətsiz liderlər istəyirlər. Onlar təhlükəsizlikdə yaşayırlar, amma Ermənistan üçün müharibə təbliğ edirlər."
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 4

Şəklin mənbəyi, SOPA Images
Qarabağ münaqişəsi
Bəzi təhlilçilərə görə, 20 iyun erkən parlament seçkilərinin nəticələri Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər.
"Görünən odur ki, Paşinyan artıq doqquz maddəlik atəşkəs razılaşmasının icrası da daxil olmaqla daxili və xarici siyasət hədəflərini irəli sürmək mandatına malikdir. Əminəm ki, çoxları istəməyərək ona səs verdi, amma məsələ budur ki, [onlar-red.] səs verdilər", jurnalist Onnik Krikoryan tvitləyib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 5
İstanbul Universiteti və Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutundan Dr Mehmet Perinçek də Paşinyanın partiyasının qalibiyyətini Qarabağ münaqişəsi prizmasından dəyərləndirib.
"Paşinyan Ermənistandakı seçkiləri böyük fərqlə qazandı. Revanşist müxalifət (qatı Türkiyə-Azərbaycan düşmənləri) Parlamentə girsələr də, iqtidardan olduqca uzaqdırlar. Xalq təcavüzkar siyasətlərə səs vermədi. Qarabağ probleminin tam həlli Paşinyan hökumətiylə daha asan olacaq."
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 6
"Ermənilərə bir daha paxıllıq eliyə bilərik"
Seçkiləri şərh edənlər arasında Azərbaycanı və Ermənistanı müqayisə edənlər də var.
"Nə isə, Ermənistan səs verir, səslərini sayırlar, sivil yolla daxili problemlərini həll edirlər. Biz isə artıq 29 ildir, səs verə bilmirik. Qalib dövlət, hüquqsuz xalq", Zaur Qurbanlı adlı Twitter istifadəçisi yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 7
"Ermənilərə bir daha paxıllıq eliyə bilərik. Müharibədə uduzandan sonra belə şəffaf seçki keçirmək, demoktariyaya inanmaq, aydınlıqla qərbə üz tutmaq hər qövmün işi deyil. Paşinyan 54 faiz səs toplayıb, Konstitusion çoxluğu əldə etdi. Bundan sonra daha sürətlə irəli gedəcəklər", insan haqları fəalı Ülvi Həsənli paylaşıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 8
Azərbaycanlılara "müsbət mesaj"
Respublikaçı Alternativ partiyası sədri İlqar Məmmədov seçki nəticələrini ermənilərin azərbaycanlılara "müsbət mesajı" kimi qiymətləndirib.
"Dünən erməni xalqı sülhə səs verdi. Ermənistan müstəqillik əldə edəndən bəri biz azərbaycanlılar Ermənistan cəmiyyətindən ilk dəfədir müsbət ismarıc almışıq. Daha ölkələrimiz arasında sülh çox yaxındır - əgər yeni hökumətinin güclü mandatını Paşinyan yanlış anlamasa.
Onun partiyası parlamentdə yetərli çoxluq qazanaraq, təkbaşına hökümət quracaq. Səsvermənin indiyə olan nəticələrinə görə, müxalifətdən ancaq bir qüvvə parlamentdə yer qazanır, ən azından yerlərin 1/3-ni. Ölkə iki partiyalı sistemin yaranmasına doğru addım atdı."
Məzmun mövcud deyil
Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.Paylaşımın sonu Facebook

Şəklin mənbəyi, Kiran Ridley
Carnegie Fondunun böyük elmi işçisi Thomas de Waal bir tvitində Rusiyanın məsələyə baxışı barədə şərh yazıb:
"Moskva Paşinyanı təbrik edir. [Kreml -red.] Paşinyana üstünlük vermiş ola bilər, amma seçkilərə qarışmamaqla müdrik hərəkət etdi - bilir ki, Paşinyanın çox az seçimi var və noyabr 2020 atəşkəs bəyannaməsini və Rusiyanın regiondakı planlarını yerinə yetirməyə davam etməlidir".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 9
Ermənistanda parlament seçkilərinin nəticələr barədə nə düşünürsünüz?






