Eurovision 2018: İlk yarımfinalın qalibləri - siyahı

Aysel Məmmədova

Şəklin mənbəyi, Eurovision/Youtube

Şəklin alt yazısı, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən yarımfinal mərhələsində Azərbaycanı Aysel Məmmədova təmsil edib.

İrlandiya 2013-cü ildən bəri ilk dəfə olaraq Eurovision mahnı müsabiqəsinin yarımfinalından keçərək yarışmanın yekun mərhələsində iştirak etmək haqqını qazanıb.

Yarımfinalçıların müqəddəratı milli münsiflər heyəti və tamaşaçılar tərəfindən müəyyən edilir.

Onların təsdiqini qazana bilməyən 9 ölkədən biri də Azərbaycandır.

10 ildir ki, müsabiqədə iştirak edən Azərbaycan ilk dəfədir ki, finala keçə bilməyib. Daha bir yarımfinal cümə axşamı, mayın 10-da keçiriləcək.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən yarımfinal mərhələsində Azərbaycanı Aysel Məmmədova təmsil edib.

1 nömrə altında çıxış edən müğənni "X my heart" mahnısını ifa edib.

Böyük Britaniya mahnı müsabiqəsində SuRie ilə təmsil olunur.

Eurovision 2018 yarışması mayın 6-da Lissabonda açılıb. Yarışmanın finalı mayın 12-də baş tutmalıdır.

2011-ci ildə Azərbaycanı təmsil edən El və Nikki dueti Eurovision müsabiqəsinin qalibi elan olunub. Qələbə sayəsində Azərbaycan 2012-ci ildə yarışlara ev sahibliyi etmək haqqını qazanıb.

Eurovision 2018 - ilk yarımfinalın qalibləri:

  • Albaniya
  • Avstriya
  • Bolqarıstan
  • Kipr
  • Çexiya
  • Estoniya
  • Finlandiya
  • İrlandiya
  • İsrail
  • Litva