Dünyanın “ən tənha insanı”nın görüntüləri

Şəklin mənbəyi, Funai
Braziliyanın Amazon meşələrində 22 ildir ki, tək yaşayan şəxsin yeni görüntüləri yayılıb.
"Dünyanın ən tənha insanı" kimi tanınan bu şəxs kökü kəsilmiş yerli qabilənin həyatda qalan sonuncu üzvüdür.
Onun 50 yaşlarında olduğu güman edilir.
Görüntülər qəbilələrin işi üzrə hökumət qurumu - FUNAI tərəfindən yayılıb.
Məsafədən çəkilən videoda ağacı balta ilə kəsən şəxsi görmək olar.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
İddialara görə 1995-ci ildə "ən tənha insanın" 6 nəfərdən ibarət qəbiləsi onların torpaqlarına sahib çıxmaq istəyən fermerlərin hücumuna məruz qalıb. Hücumdan sağ çıxan təkcə o olub.
Ehtimallara görə qəbilə üzvləri 1970-80-ci illərdə baş verən hücumlarda da qətlə yetirilib.
Braziliya konstitusiyası yerli qəbilələrin məskunlaşdığı torpaqlara haqqını tanıyır. Amazonda ərazilər uğrunda rəqabət aparan aqrobiznes, iri şirkətlər və yerli tayfaların maraqları toqquşur.
Təmaslar
FUNAI agentliyinin siyasəti yerli qruplara təmaslardan yayınmağı nəzərdə tutur.
Xüsusilə də qəbilənin sonuncu üzvü keçmişdə təmasa girmək əleyhinə olduğunu açıq şəkildə nümayiş etdirib, kənardan gələnlərə ox atıb.
Qəbilə insanlarının hüquqlarını müdafiə edən Survival İnternational təşkilatından Fiona Watson deyir ki, keçmişdə çox zorakılıq görmüş insan kənar dünyanı təhlükə kimi qəbul edir.

Şəklin mənbəyi, Survival
O, videonun yayılmasında siyasi motivin olduğunu qeyd edib.
"Konqresdə aqrobiznes dominantdır; FUNAİ-nin büdcəsi kəsilib. Yerlilərin hüquqlarına miqyaslı hücum davam etməkdədir".
FUNAİ artıq 20 ildən artıqdır ki, tək qalan qəbilə üzvünü müdaxilə etmədən məsafədən müşahidə edir.
Qəbilənin adı heç vaxt açıqlanmayıb və onların hansı dildə danışdıqları məlum deyil.
Amazonda dünyadan təcrid olunmuş onlarla qabilənin yaşadığı məlumdur.







