Antarktida: Buzla donmuş qitəyə səyahət

2018-ci ilin əvvəlində, Reuters-in fotojurnalisti Alexandre Meneghini buzla donmuş və sehrli Antarktida qitəsinə səyahət edib.

The edge of Antarctica seen from above

Şəklin mənbəyi, Reuters

Greenpeace təşkilatı tərəfindən təşkil olunan səyahətin məqsədi, Antarktida da dəniz təbiəti üçün qorunmuş ərazinin yaradılmasına dair Avropa İttifaqının (Aİ) təklifi barədə maraq doğurmaqdır.

Penguins walking along a beach

Şəklin mənbəyi, Reuters

Dörd günlük səyahətdən sonra buzlu qitəyə çatan ekspedisiya, orada balinalar, pinqvinlər və nəhən buzlaqlarla üzləşib.

A penguin feeding a baby penguin by regurgitating food in to its mouth

Şəklin mənbəyi, Reuters

Təklif olunan Weddel Dənizi Dəniz Qorunma Ərazisi (Weddell Sea Marine Protected Area) əhatə etdiyi ərazi 1,8 milyon kvadrat kilometrdir. Burada balinalar, su itləri, pinqvinlər və bir çox balıq növləri yaşayır.

Təklif qəbul olunarsa, bura dünyanın ən nəhəng qorunmuş təbiət ərazisinə çevriləcək.

The tail of a whale seen sticking out the water

Şəklin mənbəyi, Reuters

Səyahətlərinə Çilinin Punta Arenas şəhərindən başlayan çəkiliş komandası, iqlim dəyişikliyi, çirklənmə və balıqçılığın buradaki vəhşi təbiətə təsirini göstərmək istəyiblər.

A large group of penguins on the beach

Şəklin mənbəyi, Reuters

"Hazırda Antarktidanın özü Antarktida Müqaviləsi əsasında qorunmaqdadır. Lakin Antarktidanın ətrafındaki suların sui-istifadəsi üçün imkanlar çoxdur", Greenpeace ekspedisiya komandasının lideri Tom Foreman deyib. "Ona görə də bir çox növ heyvan üçün böyük əhəmiyyəti olan bu ərazinin qorunması üçün bu şans qaçırılmamalıdır",

Pinqvinlərlə yanaşı, komanda həmçinin helikopterlərdən su itlərini də görüb.

Seals on a beach in a photo seen from above

Şəklin mənbəyi, Reuters

Ekspedisiyanın Curvevile adası, Half Moon körfəzi, Danco adası, Neko limanı və Hero körfəzinə səyahət edibdir.

The edge of Antarctica seen from above

Şəklin mənbəyi, Reuters

A penguin walking on ice

Şəklin mənbəyi, Reuters

Onlar həmçinin fəal bir vulkanın mövcud olduğu Deception adasına da gediblər.

Bu adada onlar tərk edilmiş köhnə balinaçılıq fabrikası və kiçik bir məzarlıqla üzləşiblər.

A derelict wooden building

Şəklin mənbəyi, Reuters

A pile of stones denoting a grave

Şəklin mənbəyi, Reuters

A lone penguin walking on a beach with a wooden building in the background

Şəklin mənbəyi, Reuters

A derelict wooden boat

Şəklin mənbəyi, Reuters

"Çoxlarının düşündüklərinin əksinə, Antarktida həyatla doludur. Burada istənilən vaxt pinqvin, dəniz quşları, müxtəlif növ su itləri və balinalarla rastlaşmaq olar", Alexande Meneghini deyib.

A group of penguins on ice

Şəklin mənbəyi, Reuters

"Pinvinlərlə görüşməm heyranedici idi və mənim unudulmaz xatirələr siyahıma daxil olub

"Onlar insanları yırtıcı hesab etmirlər və tərpənmədiyin halda sənin ətrafında saatlarla durmağa hazırdırlar. Öz itimlə yanaşı, onların dünyada ən şirin heyvanlar olduğunu düşünürəm."

Penguin footprints in snow and ice

Şəklin mənbəyi, Reuters

"Mənim uzun səyahətim göstərir ki, Antarktida sivilizasiyadan uzaqdır. Ancaq toxunulmamış deyil. Ümid edirəm ki, şəkillərim bu ərazinin gözəlliyini bir az da olsa göstərə bilsin."

"Heç bir şəklim bu yerləri öz gözlərinizlə görməyin yaratdığı hissləri əvəz edə bilməz", o, əlavə edib.

A glacier seen from above

Şəklin mənbəyi, Reuters

A glacier seen next to a land mass

Şəklin mənbəyi, Reuters

Penguins walking along a ice

Şəklin mənbəyi, Reuters

Şəkillərin müəllifi: Alexandre Meneghini/Reuters