Antarktida buzlar üzərində ilk Britaniya toyu

Том Сильвестер осталься доволен свадьбой

Şəklin mənbəyi, BAS

Şəklin alt yazısı, Tom Sylvester toydan razı qalıb

Antarktidada Böyük Britaniyanın elmi stansiyasında iki tədqiqatçının kifayət qədər qeyri-adi toyu baş tutub.

Tom Sylvester və Julie Baum Antarktida yarımadasının qərbində yerləşən Adelaide adasındakı Rothera tədqiqat stansiyasında evləniblər. Julie narıncı rəgli parçadan paltar geyinib. Cütlüyün toy üçün fotosessiyası mənfi 9 dərəcədə çəkilib.

"Antarktida inanılmaz gözəl yerdir və bizim burada çoxlu dostluqlarımız yaranıb. Biz həmişə yaxın dostlarımız üçün kiçik toy keçirməyi düşünürdük. Lakin biz heç vaxt dünyanın ən ucqar güşələrindən birində evlənə biləcəyimizi düşünməmişdik", - deyə Tom Sylvester bildirib.

"Son 10 il ərzində Tom və mən həm işləmişik, həm də bütün dünyanı gəzmişik. Və bizim Antarktidakı toyumuz bunun kulminasiya nöqtəsi oldu",- deyə Julie Baum əlavə edib.

Групповой снимок был сделан при температуре минус 9 градусов

Şəklin mənbəyi, BAS

Şəklin alt yazısı, Kollektiv şəkil mənfi 9 dərəcədə çəkilib
Будущие супруги познакомились 11 лет назад

Şəklin mənbəyi, BAS

Şəklin alt yazısı, Gələcək ər-arvad 11 il əvvəl tanış olublar
В часовне

Şəklin mənbəyi, BAS

Şəklin alt yazısı, Nigah mərasimi elmi stansiyada baş tutub

Tom özü yerli emalatxanada misdən nişan üzükləri hazırlayıb.

Toy mərasimində stansiyanın 20 əməkdaşı qonaq qismində iştirak edib.

Mərasimi stansiyanın rəhbəri və Antarktida Ərazisi Böyük Britaniya Rəhbərliyinin (BAT) üzvü Paul Samways aparıb.

Невеста с подругами на льду

Şəklin mənbəyi, BAS

Şəklin alt yazısı, Gəlin rəfiqələri ilə buz üstə şəkil çəkdirib
супруги на льду

Şəklin mənbəyi, BAS

Şəklin alt yazısı, Bu, BAT-ın nigah barədə yerli qanunu nəzərdən keçirməsindən sonra baş tutan ilk toydur
Том Сильвестер и Джули Баум

Şəklin mənbəyi, Neil Spencer/BAS

Şəklin alt yazısı, Tom Sylvester və Julie Baum qitənin tarixinə düşdülər

Cütlüklər 11 il əvvəl Wales-dəki turistik mərkəzdə tanış olublar.

Onların hər ikisi təcrübəli alpinist, təlimatçı və tədqiqatçıdır. Cütlük 3 il əvvəl nişanlanıb.

Nigah Londonda Xarici İşlər Nazirliyinin binasında yerləşən BAT rəhbərliyi tərəfindən qeydə alınıb.

Bu da həmin nigahın Böyük Britaniya ərazisində də hüquqi əsası olduğunu göstərir.

Bu toyun BAT-ın nigah barədə qanunları sadələşdirdikdən sonra Antarktidada yaşayan britaniyalılar arasında baş tutan ilk toy olduğu qeyd olunub.

Научная станция Ротера

Şəklin mənbəyi, Pete Bucktrout/BAS

Şəklin alt yazısı, Rothera elmi stansiyası Adaleide adasında yerləşir

Əsasən bioloji tədqiqatların keçirildiyi Rothera stansiyası Britaniya Antarktida Ekspedisiyasının ən böyük obyetklərindən biridir. Cütlüklər burada ötən ildən işləyirlər.