Messinin toyu haqqında 5 suala cavab

Messi və uşaqlarının anası

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Superulduzun toyu cümə günü baş tutacaq

Futbolun superulduzu Lionel Messi uşaqlıqdan bəri sevdiyi qızla Argentinada cümə günü evlənəcək. Onun toyu haqqında beş suala cavab axtarmışıq:

Messi harada evlənəcək?

Barselonanın oyunçusu Rosario şəhərinə qayıdır - o burada Antenolla Rocuzzo ilə evlənəcək.

Antonella Lionelin uşaqlıq eşqidir - onunla hələ 13 yaşında ikən, İspaniyaya köçməzdən öncə tanış olub.

Argentina qəzeti Clarin bu günü "ilin toyu" və hətta daha da irəli gedərək "əsrin toyu" adlandırıb.

Gəlin kimdir?

Lionel Messi joined on the pitch by Antonella Roccuzzo and their two sons

Şəklin mənbəyi, AFP / Getty Images

Şəklin alt yazısı, Lionel Messi və Antonella Roccuzzo-nun iki oğlu var

Gəlin Messinin uşaqlıq sevgisidir - onunla hələ 5 yaşı olanda tanış olub.

Antenolla, Messinin yaxın dostu, professional futbolçu Lucas Scaglia-nın qohumudur.

30 yaşlı Messi hələ 13 yaşında ikən Barselona ilə oynamaq üçün təklif almışdı - əvəzində futbol klubu onun inkişaf hormonu çatışmazlığının müalicəsinə pul ödəyəcəkdi.

Barselonada yaşayan cütlüyün iki oğlu var.

Toya kim gəlir?

Uruguayan footballer Luis Suárez touches down in Rosario for teammate's big day

Şəklin mənbəyi, AFP / Getty Images

Şəklin alt yazısı, Uruqvaylı futbolçu Luis Suárez də komanda yoldaşının toyu üçün Rosario-ya gəlib

Toya 260 qonaq gələcək. Messinin komanda yoldaşları, o cümlədən Luis Suárez və Neymar da onların arasındadır

Onların çoxu özəl təyyarəsində gəlib.

150 jurnalist xüsusilə mətbuat üçün nəzərdə tutulan əraziyə girişə akkreditasiya alıb, amma onlar toyun keçirildiyi otelə daxil ola bilməyəcəklər.

Otelin ətrafına əlavə polis qüvvələri gətirilib. Təhlükəsizlik firması isə toya dəvətsiz gələnlərin qarşısını almaq üçün işçilərini hazır vəziyyətdə saxlayır.

Toya Barselona ulduzu Gerald Piqué və pop-ulduz Şakira da gələcək.

Messinin Argentina milli komandasından da yoldaşları, o cümlədən Sergio Agüero da gələcək.

Clarín qəzeti yazır ki, Messi öz son məşqçilərindən heç kimi, o cümlədən indi Manchester City-də menecer olan Pep Guardiola-nı da dəvət etməyib.

Yerli mətbuat yazır ki, Argentinanın digər futbol əfsanəsi - Diego Maradona da qonaqlar siyahısında deyil.

Toyda nə olacaq?

Rosario's Hotel CityCenter set up for a previous event

Şəklin mənbəyi, CityCenter Rosario

Şəklin alt yazısı, Rosario otelində toy günləri belə bəzənir

Toy barədə bunları bilirik:

Toy Rosario şəhərinin City Center otel kompleksində keçiriləcək - otelin kazinosu da var.

29 yaşlı Antanello Roccuzzo Barselona dizayneri Rosa Clara-dan gəlin paltarı geyinəcək. Bu dizaynerin tikdiyi gəlinlikləri aktrisa Eva Longoria və İspaniya Kraliçası Letizia da geyib.

Menyuda suşidən başqa demək olar ki, bütün yeməklər Argentina mətbəxindən olacaq - ənənəvi empanada kətəsi, çoxlu inək əti və qanlı sosis.

Rosario şəhəri nə ilə məhşurdur?

A mural of Che Guevara next to the Newell's Old Boys club logo

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Rosarioda bir müddət yaşamış daha bir məhşur argentinalı Ernesto "Che" Guevara-dır

Rosario liman şəhəridir, Parana ştatının dəniz kənarlarında və Buenos Aires-dən 300 km şimal-qərbdə yerləşir.

Burada həyatının erkən illərini yaşamış daha bir məhşur argentinalı Ernesto "Che" Guevara-dır.

Messini burada yerlilər sadəcə Lio deyə tanıyır.

O, İspaniyaya köçəndən sonra Fifa-nın Ballon d'Or mükafatını beş dəfə alsa belə, Rosario-da yerliləri üçün hələ uşaqlığından bəri ulduz qəhrəmandır.