Cihadçıların yolu: Rusiyadakı taciklər Suriyaya yollanır
İslam Dövləti sıralarında vuruşanlar arasında bir çox ölkənin nümayəndələri var. Suriya və İraqda geniş əraziləri nəzarət altına almış cihadçı qrupuna 200-dək Tacikistan vətəndaşının qatıldığı da bildirilir.
Tacikistan kəndlərindən birinə baş çəkən BBC Rus Xidmətinin müxbiri Anora Sarkorova 17 yerli sakinin Suriyaya getdiyini öyrənib. Yerlilər Yaxın Şərqə gedən gənclərin Rusiyada radikallaşdığını deyirlər.