Suriyanın uşaqları: "Böhran bizi dəyişdirdi"

14 yaşlı Cəlalın dünyası Prezident Bəşər əl-Əsədə güclü dəstəyin üzərində qurulub.

Onun atası və əmisi məhəllənin müdafiə bölməsində vuruşur.

Cəlal təəssüflənir: "Böhran bizi dəyişdirdi. İndi uşaqlar siyasəti başa düşür, onu müzakirə edir".

Calal deyir ki, dayıları kimi ölkəsi üçün ölməyə hazırdır.

Suriya və Qəzzada münaqişələr uşaqların həyatına dağıdıcı təsir edir. BBC müxbiri Lyse Doucet altı suriyalı uşağın həyatı ilə tanış olub.

O, Qəzzadan yeni qayıdıb və müharibənin gənc uşaqların gələcəyinə vurduğu zərbələr barədə reportajar hazırlayıb.