Suriyanın uşaqları: "Yuxularımda dostlarımın kabuslarını görürəm"
"Gələcəyə elə nifrət edirəm ki", 11 yaşlı Daad deyir. O suriyalıdır, əyninə çəhrayı paltar geyinib. Gecə yuxusunda kabus görür. "Ya ölərik, ya qalarıq", - deyir.
Daad yuxusunda gördüklərini təsvir edir: "Köhnə kəndimizə qayıdıram. Dostlarımın kabuslarını görürəm. Onları, güllələnən və ya sağ qalan insanları görürəm. Bəzilərinin başı kəsilib. Oyanandan sonra yata bilmirəm", o deyir.
Suriya və Qəzzada münaqişələr uşaqların həyatına dağıdıcı təsir edir. BBC müxbiri Lyse Doucet altı suriyalı uşağın həyatı ilə tanış olub.
O, Qəzzadan yeni qayıdıb və müharibənin gənc uşaqların gələcəyinə vurduğu zərbələr barədə reportajar hazırlayıb.