Suriyanın uşaqları: "İndi 12 yaşında cihada getməlisən"

"Yaşıma və görünüşümə görə uşağam", 9 yaşlı İzəddin deyir. "İnsanlıq və mənəvi baxımdan isə yox".

"Əvvəllər 12 yaşında olan gənc sayılırdı. Daha elə deyil. İndi 12 yaşında cihada getməlisən".

İlk baxışdan İzəddin adi bir doqquz yaşlı uşağa oxşayır: məktəbin bağçasında şuluq təbəssümü və qulaqlıqları ilə musiqiyə qulaq asır.

Amma o, <link type="page"><caption> Calal kimi</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2014/07/140728_syria_children_2.shtml" platform="highweb"/></link> əvvəllər dost olduğu uşaqlara "beyni yuyulmuş" insan kimi baxır.

Suriya və Qəzzada münaqişələr uşaqların həyatına dağıdıcı təsir edir. BBC müxbiri Lyse Doucet altı suriyalı uşağın həyatı ilə tanış olub.

O, Qəzzadan yeni qayıdıb və müharibənin gənc uşaqların gələcəyinə vurduğu zərbələr barədə reportajar hazırlayıb.