Qəzzanın dəhşətli günü: videoreportaj
Son döyüşlər başlayandan, bazar günü İsrail və Qəzza üçün ən çox ölümlərlə dolu gün olub.
İsrail deyir ki, bir gün ərzində 13 əsgərini itirib. Son bir neçə il ərzində bu, bir günün içərisində yaşadığı ən böyük itkidir.
Bazar günü ən azı 87 qəzzalının öldürüldüyü barədə məlumat verilir. Onlardan 60 nəfəri təkcə Shejaiya rayonundan olub.
BBC-nin Qəzzadakı müxbiri Lyse Doucet-in Shejaiya-da hazırladığı video reportajı subtitrlərlə təqdim edirik.