BMT Qəzza sektorunda təcili atəşkəsə çağırır

Şəklin mənbəyi, AP

BMT Təhlükəsizlik Şurasının üzvləri İsrail-Fələstin münaqişəsinin gərginləşməsinə həsr edilmiş tədbirdə Qəzza sektorunda təcili olaraq atışmanın dayandırılmasını istəyib.

Təhlükəsizlik Şurası münaqişə qurbanlarının getdikcə artan sayı barədə ciddi narahatlıq keçirildiyini bildirib.

Ötən bazar yüzdən çox fələstinli həyatını itirib.

İsrail Ordusu tərəfdən isə 13 hərbçi öldürülüb.

BMT sədri Ban Ki Moon sakinlərin sıx məskunlaşdığı rayonda hərbi döyüşlərin aparılmasını "vəhşilik" adlandırıb.

Bundan əvvəl Fələstinin Hamas silahlı qruplaşması döyüşlər fonunda İsrail döyüşçüsünün əsir götürüldüyünü açıqlayıb.

Lakin İsrailin BMT-dəki daimi nümayəndəsi bu məlumatı təkzib edib.

Ümumilikdə son iki həftədə Qəzza sektorunda 500 nəfərdən çox fələstinli ölüb və 3000-dən çox insan yaralanıb, Səhiyyə Nazirliyinin nümayəndəsi bildriib.