Suriyanın uşaqları: "Pişikləri öldürüb yeyirdik"

8 yaşlı Baraa-nın ailəsi Homsdakı köhnə məhəllə mühasirəyə alınanda oradaq qaçıb.

Təəssüflə danışır: "Oxuyub yazmağı öyrənməkdənsə, silahlar barədə öyrənmişəm. Güllələrin növlərini bilirəm – iz buraxan mərmi, rezin güllə..."

Suriya və Qəzzada münaqişələr uşaqların həyatına dağıdıcı təsir edir. BBC müxbiri Lyse Doucet altı suriyalı uşağın həyatı ilə tanış olub.

O, Qəzzadan yeni qayıdıb və müharibənin gənc uşaqların gələcəyinə vurduğu zərbələr barədə reportajar hazırlayıb.