İŞİD İraqda yeni şəhərlər və neft yatağı ələ keçirib
İŞİD hərbi qruplaşmasına məxsus döyüşçülər iki İraq şəhərinə və Mosul şəhəri yaxınlığındakı neft yatağına və su anbarına nəzarəti ələ keçiriblər.
İŞİD-ə məxsus qara bayraqların Zumur və Sinjir yaxınlığında dalğalandığı müşahidə olunub.
BMT bölgədə humanitar fəlakətin baş verdiyini bildirib. Minlərlə insanın baş verən zorakılıqlardan canını qurtarmaq üçün muxtar Kürdüstan bölgəsinə keçdiyi bildirilir.
Video şərhsizdir