N!DA-çıların anaları: "Özümüz hər şeyə dözərik, uşaqlar rahat olsun"
N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvləri kimi onların anaları da aclıq aksiyası keçirirlər.
Şahin Novruzlunun anası Mehparə Novruzova BBC Azərbaycancaya deyib ki, oğlundan artıq dörd gündür xəbər ala bilmir.
Artıq beş gündür aclıq aksiyası keçirən gənclərin bəziləri barədə xəbər olmasa da valiydenlər Zaur Qurbanlı və Bəxtiyar Quliyevin səhhətinin pis olması barədə məlumat alıblar.
Zaur Qurbanlının anası Səkinə Qurbanlı isə deyir: "Bir il iki aydır onlar dörd divar arasındadırlar. Aclıq olmasaydı belə onların vəziyyəti heç də yaxşı deyildi".
N!DA-çıların valideynləri övladlarının azad edilməsi tələbilə şənbə günü müddətsiz aclıq aksiyasına başlayıblar.