Depressiyaya düşən tənha pandanı necə əyləndirməli?
Dostu digər zooparka göndəriləndən sonra depressiyaya düşən böyük panda üçün öz qəfəsində əyləncə parkı tikilib.
İki panda Çindəki Yunnan Vəhşi Heyvan Parkında altı ay birlikdə keçirmişdi.
Park işçiləri panda üçün hətta televizor da qoşublar ki, özünü tənha hiss edəndə o, digər pandalara baxa bilsin.