Gözlər Edinburq zooparkındakı pandaya zillənib

Edinburq zooparkının işçiləri deyir ki, Britaniyanın yeganə qadın pandası hamilə olmasına dair müsbət əlamətlər göstərməkdədir.

Əgər Tian Tian həqiqətən bətnində bala gəzdirirsə, onu növbəti iki həftə ərzində dünyaya gətirəcəyi gözlənilir.

Zoopark işçilərinə pandanı izləyici kameralar vasitəsilə evlərindən izləmək imkanı verilib və pandanın doğuş sancılarına nə zaman başlayacağı hər dəqiqə izlənir.

Tian Tian və onun erkək yoldaşı Yang Guang Britaniyanın yeganə nəhəng pandalarıdır.