Tayvan zooparkında Çin pandası balalayıb
Tayvan zooparkında nəhəng pandanın dişi balası dünyaya gəlib.
4 il bundan əvvəl Tayvan ilə münasibətlərin ilıqlaşmasının rəmzi olaraq Çin Taypey zooparkına bir cüt panda bağışlamışdır.
9 yaşlı Yuan Yuan adlı pandanın balası dünyaya şənbə günü gəlib. Yuan Yuan mart ayında süni mayalanmadan keçirilmişdir.
Pandaların təbii yolla balalaması təbiətdə nisbətən nadir hal sayılır.