Uzun ayrılıqdan sonra ana və bala yenidən görüşür
Tayvanda Taipei Şəhər Heyvanxanası bir aylıq ayrılıqdan sonra pandanın balası ilə yenidən görüşməsinin görüntüsünü yayıb.
Bala doğulan kimi, ananın balasına zərər vurmasından və hətta onu yeməsindən ehtiyat edən heyvanxana işçiləri onları ayırıblar.
Əvvəlcə panda balasına əmziklə ana südü və xüsusi vitaminlər yedizdiriblər. İndi isə birinci dəfədir ki, əmizdirmə üçün balanı anasının yanına gətiriblər.