Çin qoruğunda bu ilin ilk ekiz pandaları doğulub
Kökü kəsilmək təhlükəsilə üzləşən böyük pandaların qoruq və heyvanat bağı şəraitində doğması olduqca nadir haldır.
Məhz buna görə Wolong qoruğu və elmi tədqiqat mərkəzində qisa fasilə ilə dünyaya iki bala gətirən Haytzı adlı pandanın doğumu dünya boyu maraqla qarşılanıb.
Körpələrdən biri 80 qram çəkisi olan dişidir. Anası işçiləri yaxın buraxmadığı üçün ikinci balanın cinsini müəyyən etmək mümkün olmayıb.
Çinin şimal bölgələrində yaşayan böyük pandaların sayı 1600-ə yaxındır. Daha 300 heyvan qoruq və zooloji bağlarda saxlanılır.