Yeriməyi öyrənən panda balası

Vaşinqton milli zooparkında müşahidə kameraları panda balasının ilk dəfə ayaları üstündə durmağa çalışdığı anı çəkib.

İki ay yarımlıq pandanın çəkisi beş kiloqramdır. Ona hələ ki, ad verilməyib. Zoopark işçiləri ən yaxşı adı seçmək üçün müsabiqə elan edib.

Balaca pandanın ilk yeriş cəhdi uğurlu olmayıb.