Kim Jong-un-un “çəki problemi”

Kim Jong-un hakimiyyətə gələndən bəri əhəmiyyətli dərəcədə kökəlib (solda 2016-cı ilin may ayında, 2010-cu ilin oktyabr ayı)

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kim Jong-un hakimiyyətə gələndən bəri əhəmiyyətli dərəcədə kökəlib (solda 2016-cı ilin may ayında, 2010-cu ilin oktyabr ayı)

Cənubi Koreyanın kəşfiyyat agentliyi siyasətçilərə Şimali Koreya lideri Kim Jong-un-un çəkisinin sürətlə artdığı və paranoya ilə bağlı yuxusuzluqdan əziyyət çəkdiyi barədə məlumat verib.

BBC müxbiri Stephen Evans bu müşahidənin nə qədər doğru olduğunu aydınlaşdırmağa çalışıb.

Başlıqlar çox rəngarəng və səciyyəvidir: "...Kim Jong-un sui-qəsd qorxusundan çox yeyib-içir".

"Şimali Koreya lideri yuxusuzluqdan və yetkin xəstəliklərindən əziyyət çəkir", digər başlıqda deyilir.

Dünya boyu Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin məlumatı dolaşır. Deyildiyinə görə, Şimali Koreya lideri həddən artıq kökəlib. O yata bilmir. Həyatına təhlükədən qorxur.

Bəs Cənubi Koreya kəşfiyyat agentliyinin verdiyi bu məlumatlar nə qədər etibarlıdır? Həqiqət ondan ibarətdir ki, hər yerdə olduğu kimi, onlar qismən fəzriyyələrə arxalanırlar.

Atasının xəbərdarlığına baxmayaraq cənab Kim-in son şəklində siqaret çəkdiyini görmək olar

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Atasının xəbərdarlığına baxmayaraq cənab Kim-in son şəklində siqaret çəkdiyini görmək olar

Mən bir dəfə Milli Təhlükəsizlik Xidmətinin (NİS) analitiki ilə yemək yeyirdim. Onun dəqiq kim ooduğunu deyə bilmərəm, çünki biznes kartını mənə verməkdən imtina etdi.

Lakin o belə bir fikir bildirdi ki, Kim Jong-un-un daxili çevrəsində bir qadın hamilədir. Soruşanda ki, bunu necə bilir, cavab verdi ki, həmin qadın şəkillərdə birdən-birə düz ayaqqabı geyinmiş görünür.

Bəlkə də o haqlıdır. Bəzi analar deyir ki, onlar hamilə olanda narahat ayaqqabılarını bir kənara tullayırlar.

Lakin bu hekayə Cənubi Koreya mətbuatının fotonun analizi ilə bağlı fərziyyələrə əsaslandığını göstərir.

Bəlkə Cənubi Koreya kəşfiyyat idarəsinin təhlil etdiyi qadın sadəcə ayaqqabısını dəyişmək istəyib. Bəlkə NİS-in daha səlis məlumatı var, bunu bilmirik.

İndiki halda Şimali Koreya liderinin kökəldiyi ilə bağlı nəticəyə gəlmək çox rahatdır.

Ölkə mətbuatında yayılan şəkillərdə onun ağır çəkili olduğu aydın görünür. Milli Kəşfiyyat Xidmətinə görə o, 2012-ci ildə 90 kq olub, indi isə 130 kqdır.

İki il bundan əvvəl Kim Jong-un Şimali Koreya dövlət televiziyasında axsadığı nümayiş etdirilib. Daha sonra isə, üç ay sonra, çəliyin köməyi ilə gəzdiyi görünüb.

Onun ən azı bir ayağnda problemin olması ilə bağlı qənaətə gəlmək üçün James Bond olmağa ehtiyac yoxdur.

Fərziyyə isə ondan ibarət idi ki, o, gut xəstəliyindən xəstəliyindən əziyyət çəkir.

O əməliyyat da oluna bilər. Yəqin axsayaraq, daha sonra isə çəliklə görünməsi arasında yoxa çıxması bununla əlaqədar ola bilər.

Lakin fotolardan aydın olan şeyləri görmək asandır. Düzgün nəticəyə gəlmək isə çətindir.

Gənc lider hakimiyyətə gəldikdən sonra belə bir aktiv şəkil çəkdirmişdi

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Gənc lider hakimiyyətə gəldikdən sonra belə bir aktiv şəkil çəkdirmişdi

Bu cür məlumatlar adətən NİS-in Cənubi Koreya parlamentini məlumatlandırdığı zaman ortaya çıxır.

Siyasətçilərə yönəlmiş bu məlumat daha sonra jurnalistlərin əlinə keçir və nəticədə qəzetlərdə dərc olunur.

Bu proses zamanı isə çoxlu sayda yalnışlıqlar baş verə bilər. Quru faktın nə qədər dəqiqləşdirildiyi aydın deyil.

Son halda isə Kim Jong-un-un kökəlməsi tamamilə aydın müşahidə edilir. Bununla bağlı müxtəlif nəzəriyyələr də əsas götürülür.

Şimali Koreya lideri tez-tez ərzaq istehsal edən müəssisələrə baş çəkir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Şimali Koreya lideri tez-tez ərzaq istehsal edən müəssisələrə baş çəkir

Cənubi Koreyanın əsas xəbər agentliyi olan Yonhap məlumatı bu cür yayıb: “Hakim Saenuri Partiyasından Lee Cheol-voo bildirib ki, Kim hazırda təhülkısizliyi ilə bağlı böyük stres içindədir və ona görə də çox yeyib-içir.

“Kim həmçinin qorxur ki, onun uşaqlığı ilə bağlı xarici mətbuatın yazdıqları Pxenyana yayıla bilər və bu, Şimali Koreya lideri kimi onun legitimliyinə xələl gətirə bilər.

“Uşaq vaxtı Kim, anasının danlağına görə uzun müddət yeməkdən imtina edərdi. Bu isə onun inadkarlığından xəbər verir, Lee NİS-ə istinadən bildirir”.

Kim Jong-un

  • 1983 və ya 1984-cü ildə doğulub.
  • Kim Jong-il və üçüncü arvadı Ko Young-hui-nin son oğlu
  • İsveçrədə məktəbə gedib və sonra evə qayıdaraq Kim İl-sung Hərbi Məktəbinə qatılıb
  • 2012-ci ilin iyul ayında dövlət mediasının verdiyi məlumata görə cənab Kim “yoldaş Ri Sol-ju” ilə ailə həyatı qurur
  • 2011-ci il 17 dekabrda Kim Jong-ilin ölümündən sonra atasının varisi kimi ali lider olub

Bu cür məlumatlara çox inanmağın təhlükəsi bu ilin əvvəli ortaya çıxıb.

Fevral ayında Cənubi Koreya mediası NİS-in bənzər məlumatına istinadən bildirib ki, Kim Jong-un-un sağ əli, Şimali Koreya ordusunun qərargah rəisi edam edilib.

Cənubi Koreya xəbər başlığı bu cür idi: “Şimali Koreyanın hərbi rəhbəri korrupsiya ittihamları ilə edam edilib: mənbələr”.

Üç ay sonra Cənubi Koreya hökuməti bildirib ki, əvvəllər öldüyü deyilən general Ri Yong-gil sağ imiş.

Kim Jong-un-un Şimali Koreyanın yaradıcı, babası Kim Il-sung-a bənzəmək üçün qəsdən kökəldiyi barədə çox şailər dolaşır

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Kim Jong-un-un Şimali Koreyanın yaradıcı, babası Kim Il-sung-a bənzəmək üçün qəsdən kökəldiyi barədə çox şailər dolaşır

Onun Şimali Koreya mediasındakı şəkilləri sağ olduğunu söyləməyə imkan verirdi. Lakin bu dəfə o, dörd ulduz əvəzinə üç ulduz hərbi nişan taxıb.

Görünür o edam edilməyib, sadəcə vəzifəsi kiçildilib.

Bütün bunlar kəşfiyyat agentliklərinin işini qınamaq məqsədi daşımır. Lakin söhbət mürəkkəb nəzəriyyələrin faktlara çevrilməsinə diqqət etməkdən gedir.

Ən əsası isə Kim Jong-un-un xəstə olması - və şəkillər onun xəstə ola biləcəyini deməyə imkan verir - tezliklə hakimiyyətinin sona çatacağı demək deyil.