Rusiya Rio Olimpiadası ərəfəsində dopinq əleyhinə islahatları açıqlayır

Şəklin mənbəyi, EPA
Rusiya qalmaqallara qərq olan milli anti-dopinq agentliyinə etimadı qaytarmaq məqsədilə islahatları elan etməyə hazırlaşır, BBC Sport-a məlum olub.
Moskva ümid edir ki, təklif olunan islahatlar sayəsində idmançıların çıxışlarına qoyulmuş beynəlxalq qadağalar qaldırılacaq.
Rio Olimpiadasına qatılmaq niyyətində olan rusiyalı idmançılar ən azı 3 ayrı-ayrı anti-dopinq testindən keçməli olacaqlar.
Onlar idmanı idarə edən Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) tərəfindən keçiriləcək. Bu arada adi testlər də qüvvədə qalır.
Aprel ayının sonundan iki müstəqil beynəlxalq ekspertə Rusiyanın (Rusada) anti-dopinq agentliyinə maneəsiz giriş hüququ veriləcək, BBC-nin idman redaktoru Dan Roanın məlumatında deyilir.
Dopinq əleyhinə beynəxalq WADA agentliyi tərəfindən təyin olunmuş ekspertlər əmin olmalıdırlar ki, Rusiyanın anti-dopinq qurumları kənar müdaxilədən azad və müstəqildirlər.
<bold>Həmçinin oxu</bold>: <link type="page"><caption> Bakı Avropa Oyunlarında yüzlərlə idmançının dopinqdən istifadə etdiyi güman edili</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/03/160310_baku_games_doping" platform="highweb"/></link>r
"Rusiya tələb edilən islahatları tətbiq edir”, - Rusiyanın idman naziri Vitali Mutko deyib.
"Rusiya əlləm-qəlləmliyin aradan qaldırılmasında İAAF, Beynəlxalq Olimpiya Komitəsi (İOC) və WADA-nın bütün səylərini 100 faiz dəstəkləyir”.
Ötən ilin noyabr ayında “dövlət himayəsilə” dopinqin istifadəsində ittiham olunan Rusiyanın Yüngül Atletika Federasiyası İAAF tərəfindən diskvalifikasiya edilib.




